Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq ibuprofen vardır. Köməkçi maddələr: natrium kroskarmelloza, natrium laurilsulfat, natrium-sitrat, stearin turşusu, kolloidal silisium 4-oksid, natrium karmelloza, talk, saxaroza, akasiya, titan 4 -oksid, makroqol 6000, Opakoid S-l-9460 HV metilləşdirilmiş qəhvəyi sənaye spirti, təmizlənmiş su.
Yumru, iki tərəfi qabarıq, şəkər pərdə ilə örtülmüş, ağ rəngli tabletlər; tabletin bir tərəfində qırmızı rəngdə Nurofen 400 yazısı vardır.
Qeyri -steroid iltihabəleyhinə preparatı (QSİƏP)
ATC kodu: M01AE01.
Preparat QSİƏP-ra aiddir. Güclü ağrıkəsici, qızdırmasalıcı və iltihab əleyhinə təsir göstərir. Siklooksigenaza-1 və Siklooksigenaza-2-ni qeyri-selektiv şəkildə blokadaya alır. Ibuprofenin təsir mexanizmi prostaqlandinlərin (ağrı, iltihab və hipertermik reaksiyaların mediatoru) sintezinə tormozlayıcı təsir göstərməsi ilə əlaqədardır.
Absorbsiyası yüksəkdir. Preparatın qəbulundan sonra ibuprofenin plazmada maksimal konsentrasiyası C (max) 1 -2 saatdan sonra qeyd olunur. T lA - 2 saat, plazma zülalları ilə birləşməsi - 90 % təşkil edir. Oynaq boşluğuna ləng keçir, sinovial toxumalarda toplanaraq, yüksək konsentrasiya yaradır (plazma konsentrasiyasından fərqli olaraq). Absorbsiyadan sonra farmakoloji qeyri-aktiv R-formaların 60 %-i aktiv S-formalara ləng transformasiya olunur. Metabolizmə uğrayır. Böyrəklərlə xaric olur (dəyişilməmiş şəkildə 1 %), az dərəcədə öd ilə xaric olur.
Dərman vasitəsinin ticarət adı | NUROFEN FORTE |
Təsiredici maddənin adı | IBUPROFEN |
Təsiredici maddənin dozası | 400 mq |
Farmasevtik forması | Tablet |
Ticarət qablaşdırması | Blister |
Qablaşdırma miqdarı (№) | 6 |
İstehsalçı şirkət, ölkə | REKİT BENKİZER HELSKEA LTD, Birləşmiş Krallıq |
Yaşlı insanlar, ürək çatışmazlığı, arterial hipertenziya, ürəyin İşemik xəstəlikləri, serebrovaskulyar xəstəlikləri, dislipidemiya, şəkərli diabet, periferik arteriyaların xəstəlikləri, siqaret çəkmə, alkoqolun tez-tez istifadəsi, portal hipertenziya ilə qaraciyər sirrozu, qaraciyər və/və ya böyrək çatışmazlığı, nefrotik sindrom, hiperbi-lirubinemiya, mədə və 12- barmaq bağırsağın xora xəstəliyi (anamnezdə), qastrit, enterit, kolit, etiologiyası aydın olunmamış qan xəstəlikləri (leykopeniya və anemiya), laktasiya dövründə QSİƏP-in uzunmüddətli istifadəsi, ağır somatik xəstəliklər, peroral qlükokortikosteroidlərin (o cümlədən prednizolon), antikoaqulyantların (o cümlədən varfarin), antiaqreqantların (o cümlədən asetilsalisil turşusu, klopidoqrel), serotoninin selektiv inhibitorlarının (o cümlədən sitalopram, fluoksetin, paroksetin, sertralin) birgə istifadəsi.
Preparat ilə müalicə minimal effektiv dozaların istifadəsi ilə və minimal kurs müddətində keçməlidir. Uzunmüddətli müalicə zamanı qaraciyər və böyrəklərin fünksional vəziyyəti və periferik qan göstəriciləri nəzarətdə olmalıdır. Qastropatiya simptomlarının əmələ gəlməsində ciddi yoxlamalar aparılmalıdır: ezofaqoqastroduodenoskopiya, qanın ümumi analizi (hemoqlobinin yoxlanması), nəcisdə gizli qanın aşkar olunması üçün analiz. 17-ketosteroidlərin yoxlanması üçün preparatın istifadəsi müayinədən 48 saat əvvəl dayandırılır. Müalicə zamanı etanolun qəbulu məsləhət görülmür. Çevik psixi və hərəki reaksiya, yüksək diqqət tələb edən bütün fəaliyyət növlərindən çəkinmək lazımdır.
Nurofen Forte preparatın asetilsalisil turşusu və digər QSİƏP birgə istifadəsi məsləhət görülmür, çünki belə hallarda ibuprofen asetilsalisil turşusunun iltihab əleyhinə və antiaqreqant təsirini azaldır (antiaqreqant kimi asetilsalisil turşusunu cüzi dozalarda qəbul edən xəstələrdə kəskin koronar çatışmazlığin tezliyinin əmələ gəlməsi artırıla bilər). Antikoaqulyant və trombolitik dərman vasitələri ilə (alteplaza, streptokinaza, urokinaza) birgə istifadəsində qanaxmanın əmələ gəlməsinin riski artır. Sefamandol, sefapirazon, sefotetan, valproy turşusu, plikamisin hipoprotrombinemiya tezliyinin yaranmasını artırır. Siklosporin və qızıl preparatları ibuprofenin böyrəklərdə prostaqlandin sintezinə təsirini gücləndirir, bu isə nefrotoksik əlamətləri artırır. İbuprofen siklosporinin plazma konsentrasiyasını və hepatotoksik effektlərinin əmələ gəlməsinİ yüksəldir. Kanalcıq sekresiyasını blokadaya alan dərman vasitələri ibuprofenin plazma konsentrasiyasını yüksəldir və xaric olmasını azaldır. Mikrosomal oksidləşmənin induktorları (fenitoin, etanol, barbituratlar, rifampisin, fenilbutazon, trisiklik antidepressantlar) aktiv hidroksil metabolitlərin əmələ gəlməsini artırır və bununla belə intoksikasiyanın yaranma riskini yüksəldir. Mikrosomal oksidləşmənin induktorları hepatotoksik təsir riskini azaldır. Preparat urikozurik preparatların effektivliyini azaldır, dolayı təsirli antikoaqulyantla-rın, antiaqreqantların və fibrinolitiklərin təsirini gücləndirir; qlükokortikosteroidlərin, mineralokortikosteroidlərin, estrogenlərin, etanolun əlavə effektlərini gücləndirir. Peroral hipoqlikemik dərman vasitələrinin və insulinin, sulfonil sidik cövhəri türəmələrinin effektini gücləndirir. Antasidlərin və kolestiramin preparatının absorbsiyasını azaldır. Preparat qanda diqoksinin, litium preparatlarının, metotreksatın konsentrasiyasını artırır. Kofeinin analgetik effektini gücləndirir.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 1 tablet daxilə. Tablet su ilə qəbul olunur. 24 saat ərzində 3 tabletdən artıq istifadə etmək olmaz. Maksimal gündəlik doza 1200 mq təşkil edir. 12-17 yaşlı uşaqlar üçün maksimal gündəlik doza 1000 mq təşkil edir. Əgər, 2-3 gün ərzində simptomlar ləğv olunmursa, o zaman müalicə dayandırılır və həkimə müraciət etmək məsləhət görülür.
Nurofen Forte preparatını 2-3 gün ərzində qəbul etdikdə əlavə təsirlər çox nadir hallarda müşahidə olunur. İbuprofen preparatının qəbulu zamanı aşağıda göstərilən əlavə effektlər əmələ gələ bilər: Mədə-bağırsaq traktına (MBT): QSİƏP-qastropatiya (abdominal ağrilar,ürəkbulanma, qusma, diareya, iştahanın pozulması, meteorizm, qəbizlik, qıcqirma; nadir hallarda - MBT selikli qişasında yaralar əmələ gəlir, bu isə bir sıra hallarda perforasiya və qanaxmalar ilə agırlaşır); ağız boşluğunun selik qişasında qıcıqlanma, quruluq və ağrı hissi, aftoz stomatit, damağın selik qişasında yaralar, pankreatit; Hepato-biliar sistemə: hepatit;
eşitmə qabiliyyətinin pozğunluqları (qulaqlarda küy və ya səs); görmə qabiliyyətinin pozulmaları(görmə sinirinin zədələnməsi, qeyri-aydın görmə ya ikigörmə, skotoma, gözlərdə quruluq və qıcıqlanma, konyüktiva və göz pərdələrinin ödemi - allergik genezli);
başağrısı, başgicəllənmə, yuxusuzluq, həyəcan hissi, əsəbilik, psixomotor oyanıqlıq,yuxuyameyillik, depressiya, şüurun qarışması, hallusinasiyalar; nadir hallarda - aseptik meningit (autoimmun xəstəlikləri olan pasiyentlərdə); Ürək-damar sisteminə: ürək çatişmazlıgı, taxikardiya, arterial təzyiqin yüksəlməsi;
kəskin böyrək çatışmazlığı, allerjik nefrit, nefrotoksik sindromu (ödemlər), poliuriya, sistit;
Allergik reaksiyalar dəri səpgiləri (adətən eritematoz ya övrə), dəridə qaşınma, Kvinke ödemi, anafilaktoid reaksiyalar,anafilaktik şok, bronxospazm və ya dispnoe, qızdırma, çoxformalı ekssudativ eritema (o cümlədən Stivens-Cons sindromu), toksik epidermal nekroliz (Layell sindromu), eozinofiliya, allerjik rinit; Qanyaradıcı orqanlara: anemiya (o cümlədən hemolitik, aplastik)trombositopeniya və trombositopenik purpura,aqranulositoz, leykopeniya; Laboratoriya göstəriciləri: qanaxma müddəti (arta bilər); zərdabda qlükozanın konsentrasiyası (azala bilər); kreatinin klirensi (azala bilər); hematokrit və hemoqlobin (azala bilər); kreatininin zərdab konsentrasiyası (arta bilər); "qaraciyər" transaminazalarının aktivliyi (arta bilər). Əlavə effektlər əmələ gəldikdə preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək məsləhətdir.
Simptomlar: qarında ağrılar, ürəkbulanma, qusma, tormozlnama, yuxuyameyllik, depressiya, başağrısı, qulaqlarda küy, metabolik asidoz, kəskin böyrək çatışmazlıği, arterial təzyiqin enməsi, bradikardiya, taxikardiya, qulaqcıqların fibrillyasiyası, tənəffusün dayanması. Müalicə: mədənin yuyulmasi (doza həddinin aşilmasindan dərhal sonra yalnız 1 saat ərzində), aktivləşdirilmiş kömür, qələvili içki, sürətləndirilmiş diurez, simptomatik müalicə.
6 və ya 12 tablet, blisterlərdə (PVX/PVXD/alüminium). 1 və ya 2 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
25*C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazimdır.
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Reseptsiz buraxılır.
Rekitt Benkizer Helsker İnterneyşl Ltd, Teyn Roud, Nottingem, NG 90 2DB, Böyük Britaniya.
MMC “Rekitt Benkizer Xelsker" 115114, Moskva şəh., Kojevniçeskaya küç.,14 Tel: 8 - 800 -505 -1 -500 (pulsuz). Rus dilindəki mətn üstündür.