Nurofen (sirop)

Nurofen (sirop)
Kimyəvi birləşmə
IUPAC Nurofen (sirop)
Brutto-
formul
?
Təsnifatı
ATK ?
Dərman forması

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Nurofen uşaqlar üçün (suspenziya)

Beynәlxalq patentlәşdirilmәmiş adı: İbuprofen

İstifadəsinə göstərişlər[redaktə | mənbəni redaktə et]

Uşaqlar üçün Nurofen 3 aylıqdan 12 yaşa qədər uşaqlarda kəskin respirator xəstəlikləri qrip uşaq infeksiyaları peyvənddən sonra reaksiyalar və bədən temperaturunun yüksəlməsi ilə müşaiət olunan digər infeksion-iltihabi xəstəliklər zamanı qızdırmasalıcı vasitə kimi istifadə olunur. Dərman vasitəsini zəif və ya orta intensivlikli ağrı sindromu zamanı o cümlədən başağrısı və dişağrısı miqren nevralgiyalar qulaqlarda və boğazda ağrılar dartılmalar zamanı ağrılar və ağrının digər növləri zamanı ağrıkəsici vasitə kimi istifadə edirlər.[1]

Əks göstərişlər[redaktə | mənbəni redaktə et]

Uşaqlar üçün Nurofen aşağıdakı hallarda istifadə edilə bilməz.

  • -ibuprofenə asetilsalisil turşusuna və ya digər QSİƏP-lərə həmçinin dərman vasitəsinin digər komponentlərinə qarşı yüksək həssaslıq;
  • -asetilsalisil turşusunun (salisilatlar) və digər QSİƏP-lərin qəbulu ilə bağlı yaranan bronxial astma övrə rinit;
  • -uşaqda mədə-bağırsaq qanaxması;
  • -bağırsağın iltihabı xəstəlikləri;
  • -təsdiq edilmiş hipokaliemiya;
  • -qan xəstəlikləri hipokoaqulyasiya leykopeniya hemofiliya;
  • -böyrək və ya qaraciyər çatışmazlığı;
  • -eşitmənin zəifləməsi.

İstifadə qaydası və dozası:[redaktə | mənbəni redaktə et]

Ölçü şpirisinin istifadəsi;[redaktə | mənbəni redaktə et]

  1. Şprisi flakonun ağzına sıx yerləşdirin
  2. Suspenziyanı yaxşıca çalxalayın
  3. Flakonu üzü aşağı çevirin və şpirisə lazım olan nişana qədər suspenziyanı yığaraq, sərbəst şəkildə porşeni aşağı çəkin.
  4. Flakonu başlanğıc vəziyyətinə qaytarın və şprisi səliqə ilə çevirərək çıxarın.
  5. Şprisi uşağın ağız boşluğuna yerləşdirin və porşenə yavaş-yavaş basaraq, suspenziyanı rahat çıxarın.

İstifadə dozası;[redaktə | mənbəni redaktə et]

  • 3-6 ayında olan uşaqlar (uşağın çəkisi 5 kq-dan artıq); 2,5 ml-dən 24 saat ərzində 3 dəfə, gündə 150 mq-dan artıq olmayaraq.
  • 6-12 ayında olan uşaqlar (uşağın orta çəkisi 6-10 kq); 2,5 ml-dən 24 saat ərzində 3-4 dəfə, gündə 200 mq-dan artıq olmayaraq
  • 1-3 yaşında olan uşaqlar (uşağın orta çəkisi 10-15 kq); 5.0 ml-dən 24 saat ərzində 3 dəfə, gündə 300 mq-dan artıq olmayaraq.
  • 4-6 yaşında olna uşaqlar (uşağın orta çəkisi 15-20 kq); 7,5 ml-dən 24 saat ərzində 3 dəfə, gündə 450 mq-dan artıq olmayaraq.
  • 7-9 yaşında olan uşaqlar (uşağın orta çəkisi 21-29 kq); 10 ml-dən 24 saat ərzində 3 dəfə, gündə 600 mq-dan artıq olmayaraq.
  • 10-12 yaşında olan uşaqlar (uşağın orta çəkisi 30-40 kq); 15 ml-dən 24 saat ərzində 3 dəfə, gündə 900 mq-dən artıq olmayaraq.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Təsiredici maddə: uşaqlar üçün Nurofen suspenziyasının 5ml-də 100 mq ibuprofen vardır.

Köməkçi maddələr: malititol şərbəti, su, qliserol, limon turşusu, natrium sitrat, natrium xlorid, natrium saxarinat, portağal aromatizatoru 2M16014 və ya çiyələk aromatizatoru 500244E, ksanten qətranı, polisorbat 80, domifen bromid.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nurofen məlhəminin tərkibi". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]