Göylər — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Göylər kəndi (Göylərdağ) həmçinin Acıdərə və Çöl Göylər kəndləri ilə birlikdə meydana gələn Göylər inzibati ərazi dairəsinin mərkəzidir.[1]
Göylər | |
---|---|
40°29′27″ şm. e. 48°41′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5615 |
Göylər kəndi Şamaxı rayonunda əhalisinin sayına görə ən böyük kənddir.
Şirvan xanlığında inzibati ərazi vahidi olan Elat mahalının tərkibində 1821-ci ildə Göylər kəndi də daxil olmaqla 20 oba (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) birləşmişdi. Bu mahalın sakinləri əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olurdular.
Göylər kəndi iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 4,8 | 6,2 | 10,7 | 15,7 | 21,4 | 26,9 | 30,2 | 30,2 | 24,1 | 17,5 | 10,8 | 6,5 | 17,1 |
Orta temperatur, °C | 0,9 | 2,1 | 6,1 | 11,0 | 16,6 | 21,7 | 24,9 | 24,9 | 19,5 | 13,5 | 6,9 | 2,6 | 12,6 |
Minimum orta, °C | −2,4 | −1,6 | 1,6 | 5,8 | 11,2 | 15,9 | 19,2 | 19,3 | 15 | 9,8 | 3,4 | −0,7 | 8,0 |
Yağıntı norması, mm | 37 | 46 | 60 | 58 | 50 | 35 | 16 | 17 | 44 | 56 | 53 | 40 | 512 |
Mənbə: [1] [2] |
Göylər kəndinin də daxil olduğu Elat mahalında 1821-ci ildə 1016 ailə yaşayırdı. 2009-cu il 1 Yanvar tarixli məlumatlara əsasən Göylər kəndinin əhalisi 7200 nəfər idi.
Şamaxıda Lalayan, Samson Aspirov və T. Əmirovun quldur dəstələri 1918-ci il Aprelin 3-dən 16-a kimi Şamaxı əhalisinə qanlı divan tutmuşdular. Şamaxı qəzasında yerli erməni-rus-molokan kəndlilərinin köməyi ilə daşnaqlar 8000-dən artıq dinc azərbaycanlı əhali öldürmüşlər. 72 kəndi dağıtmış, 12 məhəllə məscidi və 800 illik tarixə sahib Şamaxı cümə məscidi içərisindəki insanlarla birlikdə yandırmışlar. Öldürülənlərin 1600 nəfərindən çoxu qadın, 965 nəfəri isə uşaq olmuşdu. Dağıdılan 72 kənddən biri də Göylər idi. Mənbələrdən belə aydın olur ki, erməni quldurları Göylərdə 55 nəfəri qətlə yetirmişdir. Onlar arasında kişilərlə birlikdə qadın və uşaqlar da var. Ermənilərin törədikləri vəhşiliklər indinin özündə də yaddaşlardan silinməyib.
Göylər kəndi Azərbaycan elminə və təhsilinə bir çox insanlar bəxş etmişdir ki, onlardan da Nurqələm Mikayılovu, Aləm Nuriyevi, Elxan Nuriyevi qeyd etmək olar. Göylər kəndində (Dağ Göylər) iki orta məktəb fəaliyyət göstərir. Bunlar Əlsuvar Məmmədov adına 1 saylı orta məktəb və Tehran Kərimov adına 2 saylı orta məktəblərdir.
Göylər kəndində 1949-cu ildə tikilib istifadəyə verilmiş bina 1965-ci ildən etibarən Göylər kənd Folklor Evi olaraq fəaliyyət göstərir.
2015-ci il fevralın 16-dan mayın 29-na kimi keçirilən 5-ci Muğam Televiziya Müsabiqəsinin qalibi Göylər kəndindən olan Nisbət Sədrayeva seçilmişdir.[2]
Göylər kəndində 15 çarpaylıq Göylər kənd xəstəxanası fəaliyyət göstərir.
Azərbaycan alimi, neyrocərrah, əməkdar həkim, tibb elmlər doktoru, professor Sabir Etibarlı da Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.
Göylər kəndinin əhalisi başlıca olaraq əkinçilik, qismən bağçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. Əkinçilikdə aparıcı yeri taxılçılıq tutur. Digər əkinçilik sahələri yerli istehlak xarakteri daşıyır. Əhalisinin yerli təlabatının ödənilməsi üçün həyətyanı sahələrdə bostan-tərəvəz məhsulları, meyvə yetişdirilir və arı saxlanılır. Heyvandarlığın başlıca sahəsi maldarlıq və qoyunçuluqdur.
Göylər kəndi qədim məskunlaşmış ərazi olsa da, sənaye cəhətdən nisbətən zəif inkişaf etmişdir. Azərbaycan Sovet İttifaqının tərkibində olan zaman kəndin sənayesinin əsasını yerli kənd təsərrüfatı məhsullarını emal edən yeyinti və yüngül sənaye sahələri təşkil edirdi. Kəndin yüngül sənayesi əsasən şərabçılıq, meyvəçilik, tikiş və xalçalıq sahələri ilə təmsil olunurdu. Yeyinti sənayesində əsas yeri üzüm məhsulunun emalı – şərabçılıq tuturdu. SSRİ-nin "alkoqolizmə qarşı mübarizə kampaniyası" çərçivəsində Azərbaycanda bir sıra bölgələrdə o cümlədən Göylər kəndində üzümçülük təsərrüfatı ləğv edildi. Üzüm sahələri saxlanılmaqla süfrə üzüm sortları əkmək planları isə SSRİ dağıldıqdan sonra torpaq sahələrinin kəndlilərə paylanılması nəticəsində reallaşmadı. Hal-hazırda kəndlilərə məxsus torpaqlarda taxıl əkilir və demək olar ki, bütün həyətyanı sahələrdə üzüm çardaqları var. Kəndin torpaq ehtiyatları və ərazisinin orta dağlıqda yerləşməsi burada bir çox təsərrüfat sahələrinin inkişafı üçün, o cümlədən dəmyə əkinçiliyi üçün şərait yaradır.
Kəndin iqtisadiyyatında tikinti materialları, əsasən mişar daşı istehsalı üçün xammal bazası (Mədan dağı) var.
Şamaxı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |