Nurxon Yuldaşxocayeva

Nurxon Yuldaşxocayeva (bəzi mənbələrdə Yuldaşeva kimi də qeyd olunmuşdur) (1913, Margilan, Fərqanə vilayəti1 iyun 1929, Margilan, Fərqanə vilayəti) — peşəkar səhnəyə çıxmış ilk özbək rəqqasəsi. 1928-ci ildən Muhitdin Qara-Yaqubovun rəhbərliyi ilə konsert-etnoqrafik ansamblda rəqqasə kimi fəaliyyət göstərib. O, ansamblın Mərğilana qastrol səfəri zamanı radikal islamçı dindarlar tərəfindən vəhşicəsinə öldürülüb. Nurxan qadın azadlığının və feodalizmə qarşı müqavimətin simvoluna çevrildi.[1] Bu faciəyə “Nurxan” musiqili dramı (sözləri Kamil Yaşenin, musiqisi Toxtasın Cəlilovundur) həsr olunub. Mərğilan şəhərinin Mədəniyyət evinin qarşısında bir vaxtlar Nurxanın heykəli ucaldılmışdı. (1968, heykəltəraş Valentin Klebansov)[2][3].

Nurxon Yuldaşxocayeva
Doğum tarixi 1913
Doğum yeri
Vəfat tarixi 1 iyun 1929(1929-06-01)
Vəfat yeri
Vəfat səbəbi namus qətli
Fəaliyyəti rəqqasə, aktrisa

Nurxan 1913-cü ildə Mərğilanda özbək ailəsində anadan olub. Çox dindar bir mühitdə böyüyən və dini repressiyaya məruz qalan Nurxan da o dövrün digər özbək qızları kimi gənc yaşlarından burka geyinməyə başlayıb. Lakin onun teatra marağı artır və 1928-ci ildə evdən qaçaraq o vaxt Səmərqənddə yerləşən Muhitdin Qara-Yaqubovun teatr truppasına daxil olur[4][5]. Nurxana Usta Alim Kamilov müəllimlik edirdi və onun tələbə yoldaşları arasında gələcək SSRİ xalq artisti Tamara xanım və Özbəkistanın gələcək xalq artisti Qavhər Rəhimova da var idi. Truppaya qoşulandan az sonra Nurxan 1928-ci il 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün digər rəqqaslarla birlikdə səhnəyə çıxdı və onların cəmiyyətdəki statusuna meydan oxuyaraq burkalarını nümayişkaranə şəkildə çıxarıb atdı. Buna görə o, tez-tez dini fanatiklər tərəfindən təhdidlərə məruz qalırdı, onlar Nurxanın burkasını çıxararaq, aktrisa kimi karyera quraraq sosial normaları pozmasından qəzəblənirdilər[6].

Öldürülməsi

[redaktə | mənbəni redaktə et]

Rəqs qrupu doğulduğu Mərğilana səfər edəndə Nurxan ailəsini ziyarət etmək qərarına gəlir. Öyrəndiyi rəqsləri xalasına danışır, mahnılarını oxuyur, xalası bundan sonra qardaşı Salixocanın onu axtardığını deyir. Bıçaqla Nurxanı gözləyən qardaşı gözünün önünə çıxan kimi onu bıçaqlayaraq öldürüb[7]. Polis əməkdaşları hadisə yerinə gələndən sonra Salixoca dərhal cinayəti qəsdən törətdiyini etiraf edib. Atası Yoldaşxoca Səlimxocayev, minbaşı və molla Kamal Qiyosovun xahişi ilə Salixoca Quran adına and içərək bacısını öldürməyi planlaşdırıb. Nurxanın ölümündən bir gün sonra ictimai meydanda böyük dəfn mərasimi keçirilib. Dəfn mərasimində minlərlə insan iştirak etdi və qadınlar onun tabutunun qarşısında örtüklərini üzlərindən çıxardılar[8]. Nəhayət, onun atası və qardaşı qətldə iştirak etdiklərinə görə mühakimə olundu və edam edildi, minbaşı və molla isə sürgün edildi. Bacısı Nurxanla teatr truppasına qoşulan Begimxan Əlişir Nəvai adına opera və balet teatrında aktrisa kimi karyerasını uğurla davam etdirib. 1929-cu ilin yayında rəqs qrupu Mərğilana gələndə iki bacı bilmədən hər ikisinin öldürülməsi planlaşdırılan bir vaxtda ailələrinə baş çəkmək niyyətində olsalar da, Begimxan qızdırması səbəbindən valideynlərinə baş çəkə bilməmiş, beləliklə də ölümdən xilas olmuşdu.

Ölümündən sonra o, SSRİ rəhbərliyi tərəfindən Tursunoy Saidazimova ilə bənzər şəkildə cəsarətli sovet nümunəsi və şəhid kimi tərənnüm edilmişdi [9]. 1967-ci ildə heykəltəraş Valentin Klevantsov tərəfindən hazırlanmış[10][11] abidə Margilanda Mədəniyyət evinin qarşısında ucaldılmışdı. 1991-ci ildə Özbəkistan Sovet Sosialist Respublikasının süqutundan qısa müddət sonra 1993-cü ildə sökülüb[12][13], çünki qadın azadlığı uğrunda mübarizəni təmsil edən gənc qadının abidəsi postsovet Özbəkistanında əxlaqsızlıq hesab edilirdi[14]. Fərqanə şəhərində hələ də onun adını daşıyan "Nurxon" kinoteatrı var[15]. Nurxon XX əsrin ortalarında Kamil Yaşenin məşhur “Nurxon” musiqili dramının qəhrəmanı olub[5]. 20 noyabr 1938-ci il tarixdə Özbəkistanın “Yoş Leninçi” (Gənc Leninçi) qəzetində Nurxon Yuldaşxocayevanın xatirəsinə həsr olunmuş şeir dərc edilmişdir[16].

  1. Vitkovich, Viktor. A Tour Of Soviet Uzbekistan. Moscow: Foreign Languages Publishing House. 1954. 98.
  2. "Nurxon" OʻzME. N-harfi, sahifa 248[ölü keçid] Birinchi jild. Toshkent, 2000-yil
  3. "Boy Looks up at Statue of Nurkhon". 2020-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-09.
  4. Kamp, Marianne. The New Woman in Uzbekistan: Islam, Modernity, and Unveiling under Communism (ingilis). University of Washington Press. 2011. 205–206. ISBN 9780295802473. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-09.
  5. 1 2 Нурхон [Nurkhon] (PDF) // Oʻzbekiston milliy ensiklopediyasi (özbək). 6. Tashkent: Oʻzbekiston milliy ensiklopediyasi. 2003. 2022-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-09.
  6. История узбекской музыки: Учеб. пособие для муз. вузов (rus). Музыка. 1979. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-09.
  7. Nam, Nadezhda; Islamova, Lola. "Женщина и свобода в выборе одежды". Anhor.uz (rus). 16 January 2017. 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-29.
  8. Avdeeva, Lyubov. Тамара Ханум. Моя жизнь. Воспоминания о себе и выдающихся деятелях искусств Узбекистана. Tashkent: Национальной библиотеки Узбекистана имени А. Навои. 2009.
  9. Rubin, Don. World Encyclopedia of Contemporary Theatre. Taylor & Francis. 1999-04-30. 458. ISBN 9780415260879. 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-12.
  10. Ioganson, Boris Vladimirovich. Искусство стран и народов мира: краткая художественная енциклопедия : архитектура, живопись, скульптура, графика, декоративное искусство (rus). Советская энциклопедия. 1978. 499. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
  11. "Sculptors". O'zbekiston haykaltaroshligi.[daimi ölü keçid]
  12. Colin Thubron, The Lost Heart of Asia. Heinemann, 1994
  13. The Moscow Times, Volume 2, Issues 46-57 (ingilis). Moscow Times. 1995. 36. 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
  14. MacLeod, Calum; Mayhew, Bradley. Ouzbékistan: Samarcande, Boukhara, Khiva (fransız). Olizane. 2004. 141. ISBN 978-2-88086-313-5. 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
  15. ""Days of the Uzbek National Cinema Arts" held in Margilan". Uzdaily.com. 2018-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-12.
  16. Okhunova, Etibor. "Тариҳ саҳифаларини варақаганда: Мунаввар чорраҳалар" [When flipping through the pages of history: Illuminated sections]. Совет Ўзбекистони (özbək). 13 mart 1986. səh. 4.