Muhitdin Qara-Yaqubov

Muhitdin Qara-Yaqubov (özb. Muhitdin Qoriyoqubov 1 may 1896 - 2 fevral 1957, Daşkənd) - Özbək və SSRİ teatr xadimi, müğənni (bariton), Özbək peşəkar xalq və klassik musiqi teatrının qurucularından biri. Türkistan MSSR-nin xalq müğənnilərindən birincisidir. Özbəkistan SSR xalq artistidir (1936).

Muhitdin Qara-Yaqubov
özb. Muhitdin Qoriyoqubov
Ümumi məlumatlar
Doğum tarixi 1 may 1896(1896-05-01)
Vəfat tarixi 2 fevral 1957(1957-02-02)[1] (60 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Özbəkistan Özbəkistan
Milliyyəti özbək
Həyat yoldaşı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Səs tembri bariton
Mükafatları "Böyük xidmətləri üçün" orden (Özbəkistan)
"Qırmızı əmək bayrağı" ordeni
Özbəkistan SSR xalq artisti

Həyatı və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Muhitdin Qara-Yaqubov 1918-ci ildə Həmzə Həkimzadə Niyazi ilə birlikdə "Müsəlman gənclərin dram truppası" nın yaradılmasında iştirak etmişdir.

Səhnə fəaliyyətinə Qara-Yaqubov 1919-cu ildə Fərqanə Xalq Nəfəs Alətləri Orkestrının yaradılması ilə başladı və 1919-1921-ci illərdə Türkistan cəbhəsindəki Qırmızı Ordu hissələrində çıxış etmişdir. "Siyasi truppa" nın çıxışlarında Həmzə Həkimzadə dramatik aktyor kimi iştirakçı olurdu.

Muhitdin Qara-Yaqubov 1922-1924-cü illərdə Dövlət Teatr Sənəti İnstitutunun - QİTİS-in vokal şöbəsində oxuyub.

1925-ci ildə Muhitdin Parisdəki Ümumdünya Sərgisində və Berlindəki Şubert zalında Özbək xalq mahnılarını ifa edib.

O, 1926-cı ildə konsert və etnoqrafik ansamblını yaradıb.

Muhitdin Qara-Yaqubov Daşkənd, ƏndicanKokandda musiqi teatrlarının təşkilində iştirak etmişdir.

Muhitdin Qara-Yaqubov - Özbək Musiqili Teatrının qurucusu və bədii rəhbəri olub (1926). 1934-cü ildə Moskva Konservatoriyasında Özbək opera studiyasını təşkil etmiş və nəticədə daha sonra Milli Opera və Balet Teatrına çevrilmişdir. Qara-Yaqubov opera studiyasına rəhbərlik etdiyi iki il ərzində Özbəkistan vilayətlərindən onlarla gənc istedadlı insanlar sonradan ulduz olan ən yaxşı teatr və musiqi sənəti ustalarından peşə təhsili almışdılar.

Qara-Yaqubov 1929-1939 və 1946-1950-ci illərdə Özbəkistan Filarmoniyasının direktoru vəzifəsində çalışmış və 1932-ci ildən bədii rəhbəri olmuşdur.

O, 1939-1947-ci illərdə Özbəkistan Opera və Balet Teatrının solisti olmuşdur.

MUhittin 1947-ci ildən sonra repressiya uğramışdır. Yalnız İosif Stalinin ölümündən sonra 1955-ci ildə azad edilmişdir.

Qara-Yaqubov 1956-cı ilin yanvarından yenidən Filarmoniyanın solisti vəzifəsində çalışmışdı. Daha sonra Estrada teatrına dəvət edilir, burada xalq mahnılarını, opera və romanslardan ariyalar ifa edir.

1957-ci ilin yanvarında qəzaya düşür. Qəza nəticəsində Muhitinin bud sümüyünün boynu qırılır. Qəzadan sonra özünə gələ bilməyən Muhitdin Qara-Yaqubov iki həftə sonra 2 fevral 1957-ci ildə vəfat edir.

Muhitdin Qara-Yaqubov Daşkənddə Çağatay qəbiristanlığında dəfn edilib.

Həyat yoldaşı Tamara xanım (özb. Tamaraxonim; əsl adı və familyası — Tamara Artyomovna Petrosyan) (1906-1991) - rəqqasə, müğənni, aktrisa, baletmeyster, SSRİ Xalq artisti olub. Qızı Vanzetta Muhitdinova xanım da rəssamdır. Kürəkəni Tahir Teymur oğlu Salahov rəssamdır. Nəvəsi Aydan Salahova rəssam və heykəltəraşdır.

Seçilmiş partiyaları

[redaktə | mənbəni redaktə et]
  • Sultan bəy (Arşın mal alan, Üzeyir Hacıbəyov)
  • Xosrov (Fərhad və Şirin, Uspeniski və Q.Mişel)
  • Nofəl (Leyli və Məcnun, R.Qiler T.Sadıkovla həmmüəllif)
  • Uluqbəy (Uluqbəy, A.Kozlovski)
  • Mahmud Tərabi (Mahmud Tərabi, O.Çişko)
  • Ər Tarqin ("Ər Tarqin", E.Brusilov)
  • General-qubernator (Buran, Muxtar Əşrəfi)
  • M. Qori-Yaqubovun adı Özbəkistan Dövlət Filarmoniyasına verilib.
  • Xalq Mahnıları və Rəqsləri Akademiyası və Daşkənddəki bir küçə Muhitdin Qori-Yaqubovun adını daşıyır.
  1. 1 2 Кари-Якубов Мухитдин // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "О НАГРАЖДЕНИИ МАСТЕРОВ ЛИТЕРАТУРЫ И ИСКУССТВА, ВНЕСШИХ ОГРОМНЫЙ ВКЛАД В РАЗВИТИЕ УЗБЕКСКОЙ НАЦИОНАЛЬНОЙ КУЛЬТУРЫ|2000-08-25|УП|2702|2363217". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]