Nyu-York Şəhər Kolleci (ing. City College of the City University of New York) — Nyu-York Şəhər Universitetinin (CUNY) əsas və ən qədim kolleci.[2] 14 ha sahəyə malik kampusu Manhetten borosunun Hamilton Hayts hissəsində, Konvent prospekti boyu yerləşir.[3][4]
Nyu-York Şəhər Kolleci CCNY | |
---|---|
City College of New York | |
40°49′09″ şm. e. 73°57′00″ q. u.HGYO | |
Şüar |
lat. Respice, Adspice, Prospice ing. Look back, look at, and look ahead |
Əsası qoyulub | 1847 |
Tip | ictimai |
Tələbə sayı | 16 544[1] |
Bakalavr sayı | 13 315[1] |
Magistrant sayı | 3229[1] |
Müəllim sayı | 1449[1] |
Şəhər | Nyu-York |
Ölkə | |
Rənglər | |
Sayt | ccny.cuny.edu |
Vikianbarda əlaqəli mediafayllar |
1847-ci ildə zəngin iş adamı Taunsend Harrisin vəsaitlərinə əsasən qurulmuşdur. Nyu-York Şəhər Kolleci Amerika Birləşmiş Ştatlarında ilk pulsuz dövlət ali təhsil müəssisəsi idi[5] və eyni zamanda uzun illərdir CUNY-nin flaqman kampusu hesab olunur.[6]
2011-ci ilin payızında kollecdə memarlıq, mühəndis işi, azad sənətlər və elmlər, təhsil, biotibb, psixologiya və s. üzrə bakalavr, magistr və doktorantura sahələrində təhsil alan 16.544 tələbə var idi.[1][4] Nyu-York Şəhər Kollecinin tələbə heyəti ABŞ-dakı ən müxtəlif qruplardan biridir və dünyanın 162 ölkə nümayəndələrini bir araya gətirir.[7]