Oğuz yurdu (qəzet)

"Oğuz yurdu"Oğuz rayonunda çıxan qəzet.

Oğuz yurdu
Loqonun şəkli
Baş redaktor Nazim Hüseynli
Yaranma tarixi 1934
Şəhər Oğuz rayonu
Ölkə Azərbaycan Azərbaycan

Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. Qəzetin "Oğuz yurdu" adı isə Oğuz ziyalılarının, rayon ictimaiyyətinin tələbi ilə reallaşmışdır. Qəzet rayonun tarixinə, burada aparılan tikinti-quruculuq işlərinə, iqtisadiyyatın, həyatın müxtəlif sahələrinə aid yazıları, faktları şəkilləri, materialları yaşadır.

Qəzet nəşrə başladığı ilk illərdən rayon həyatını özündə əks etdirmişdir. Şübhəsiz ki, qəzet şəraitdən asılı olaraq ayrı-ayrı dövrlərdə müxtəlif ideologiya və fərqli formatda işıq üzü görmüşdür. Bununla belə o öz ənənəsinə sadiq qalmış, yeganə informasiya mənbəyi kimi rayon həyatının bütün sahələrini özündə əks etdirmişdir.

1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Neçə-neçə qələm sahibi redaksiyada müxtəlif vəzifələrdə çalışmış, qəzetin maraqlı və məzmunlu çıxmasında yaxından iştirak etmişlər. Onların bəziləri bacarıqlı mütəxəssislər kimi sonralar yüksək vəzifələrə irəli çəkilmiş və indi də fəaliyyətlərini davam etdirirlər.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A.Əlihüseynov 30 aprel 2009-cu il tarixdə "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir.