Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet.[1]
Oğuz yurdu | |
---|---|
Sahibi | Oğuz Rayon İcra Hakimiyyəti |
Baş redaktor | Nazim Hüseynli |
Yaranma tarixi | 1934 |
Şəhər | Oğuz rayonu |
Ölkə | Azərbaycan |
Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir.[2]
1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir.[3][4]
2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.[1]
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |