Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
"OBA" — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hazırda 1400-dən çox mağazası fəaliyyət göstərir.[1][2] Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir.
OBA Market | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Retail |
Təsis tarixi | 11 mart 2016 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 9000+ |
Ana şirkət | Veysəloğlu |
Rəhbərlik | |
Təsisçi | Aydın Talıbov |
Rəhbərlik | Natəvan İbrahimova |
oba.az |
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan[3] "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il[4] tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olub.[5] Şəbəkənin yaradılmasında əsas hədəf isə gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir.[6]
2020-ci ildən etibarən çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olub. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə[7] interyer, rəf sayının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir.[3]
"OBA Market" MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hazırda 1400-ə yaxın marketi və 9000-dən çox əməkdaşı ilə[8] ölkənin ən böyük marketlər şəbəkəsidir.[9]
"OBA" Marketlər şəbəkəsinin icraçı direktoru Natəvan İbrahimovadır.[10]
2020-ci ildə şirkət rebrendinq edərək yeni loqosunu təqdim edib.[11] Yeni loqo üç komponentdən ibarətdir: "OBA" söz nişanı, yaşıl forma və sarı stok. "OBA" marketlər şəbəkəsinin əsas rəngi yaşıldır. Loqonun digər rəngləri isə hədəflərin daha aydın və anlaşılan olmasına xidmət edir. Yaşıl rəng "OBA" marketlərinə xas olan inkişaf, sağlamlıq, təbiət, təravət və səxavəti, sarı rəng dostluq, xoşbəxtlik və nikbinliyi, "OBA" sözünü yazmaq üçün istifadə olunan ağ rəng isə saflığı və təmizliyi təmsil edir.
Həyata keçirilən dəyişikliklər fonunda "OBA Market" MMC məhsullara edilən endirimləri davam etdirməkdə, qənaətli qonşu market modelini nümayiş etdirməkdədir[12].
"OBA" marketlər şəbəkəsi Azərbaycan bazazında öz istehsal etdiyi marka məhsulları ilə də fərqlənir. Belə ki, bu məhsullar büdcə dostu olmaqla bərabər beynəlxalq standartlara uyğun şəraitdə hazırlanır[13]. 2016-cı ildən başlayaraq hələ də satışı davam edən şirkətin öz markaları aşağıdakı kimidir:[14]
2016 | 2017 | 2018 | 2019 | 2020 |
---|---|---|---|---|
Fellini | Nur | Sabella | Lazovskaya | Çudo Vkusa |
Safran | Zolotaya Basna | Turk chef | ||
Alemshah | Babuşkino | |||
Zolotoy Kray | Monte Lemo | |||
Tamdad | Hekaya | |||
Revel | ||||
Lovbe | ||||
Dory Baby |
"OBA" marketlər şəbəkəsi 2020-ci ildə "3 dekabr — Beynəlxalq Əlillər Günü"[15] ilə əlaqədar Bakı-Abşeron ərazilərində fiziki məhdudiyyətli insanlar yaşayan ailələrə ərzaq yardımı,[16] Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Uşaq sığınacağına və aztəminatlı ailələrə yardım" adlı layihə həyata keçirib. Belə ki, bu layihədə Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayonu bölməsində qeydiyyatda olan çoxuşaqlı və aztəminatlı ailələrə ərzaq yardımı, həmçinin "Ümid yeri" uşaq sığınacağında olan uşaqlara yeni il hədiyyələri göndərilib.[17] Sentyabr və oktyabr aylarında "OBA Market" MMC Bakı şəhəri və Azərbaycanın digər bölgələrində yerləşən "OBA" marketlərində koronavirus pandemiyasından müdafiə məqsədilə silsilə tədbirlər həyata keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyinin "COVİD-19" koronavirus pandemiyasının aktivləşməsi səbəbindən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin təşkili" layihəsi çərçivəsində "OBA" marketlərinə gələn müştərilərə tibbi maska və informasiya bukletləri paylanılıb.[18] "OBA" marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşən hərbçilərə dəstək məqsədilə "Silahlı Qüvvələrə Yardım Fondu"na 1 milyon manat[19] vəsait köçürüb.[20]
"OBA" Marketlər şəbəkəsi 21 mart 2021-ci ildə "Novruz bayramı" ilə əlaqədar Pirallahı qəsəbəsində yaşayan ailələrə ərzaq yardımı edib. Vətən müharibəsinin iştirakçısı olan qazi ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar təqdim olunub.[21] "Vətən bağı"nda şəhidlər bulağını əhalinin xidmətinə verib.[22].
Eyni ilin oktyabrın 18-də "Şanslı qonşu" adlı lotereyaya start verib.[23]
Bu sırada Məşğulluq Agentliyi, AQSİA, KOBSKA, AzəriExpress şirkətləri ilə memorandumları sadalamaq olar.
Bu zamana kimi "OBA" bir çox sosial layihələrə imza atıb və uğurla həyata keçirib. Ucqar kənd məktəbləri ziyarət edilərək iməclik keçirilən "Təmiz məktəb", qadın əməyi ilə bağlı stereotiplərin qırılmasına və qadınların iş həyatına adaptasiyasını hədəfləyən "Qadının gücü", ətraf mühitin yaxşılaşdırılması və abadlaşdırılmasına xidmət edən "Yaşılı sev, çevrəni qoru" layihələri xüsusi qeyd olunmalıdır. "OBA" marketlər şəbəkəsi həm də böyük mağazaların önünə pişik yuvaları və qidaların yerləşdirilməsi ilə də seçilməyi bacarıb.
Bu sırada "OBA"nın fəaliyyətinin prioritetlərindən biri də inkişafa, inteqrasiyaya xitab edən layihələrə, təlimlərə dəstək verməkdir. "Sağlam qadın — Sağlam cəmiyyət", "Woman Bazaar" — Dayanıqlı İnkişaf Festivalı"na dəstək də bu qəbildəndir. Uşaqların xəyallarının izinə düşməyi hədəfləyən "Xəyallarının izində" layihəsinin icrası ilə də "OBA" işıqlı sabahlara dəstək olan şirkətlərdəndir. İl ərzində müxtəlif zamanlarda aztəminatlı ailələr, uşaq evləri və digər məkanlara qonaq gedilir, ərzaq qutuları və ya müxtəlif növ qidalarla yardımlar təqdim edilir. "OBA qonaq gedir" adı altında gerçəkləşən layihə müddətində artıq neçə-neçə ailələr, körpələr sevinib.
Günümüzdə "OBA" marketlər şəbəkəsi Bütöv Azərbaycanımızı əhatə edir. Xocalı və Xankəndidə açılan ilk market də məhz "OBA" olub.
Onu da qeyd edək ki, 2023-cü ilin may ayından etibarən ildə 4 dəfə "OBAdan Xəbərlər" adlı 3 aylıq hesabat qəzeti nəşr olunur.
"OBA" marketlər şəbəkəsi 2021-ci il 30 aprel tarixində "OBA Market" mobil tətbiqini istifadəyə təqdim edib[24]. Keşbek funksiyasını yerinə yetirən tətbiq təqdimatın 22-ci günündə "Play Store" Azərbaycan reytinqində 1-ci yerdə mövqelənib.[25]
*2016 çağrı mərkəzi[26] "OBA" marketlər şəbəkəsinin müştərilər tərəfindən irad və təkliflərinin toplanması və problemlərinin həll olunması üçün nəzərdə tutulub.[27]
Google. OBA Market (Xəritə) // Google Maps. Google.