Veysəloğlu

Veysəloğlu — Pərakəndə, topdansatış, distribusiya, logistika, istehsalat sahələrində 19 mindən artıq əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunda. ixtisaslaşmış Azərbaycan şirkəti.[1]

Veysəloğlu Şirkətlər Qrupu
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi MMC
Sənaye Ticarət
İstehsalat
Təsis tarixi 1994-cü il
Rəhbərlik
Rəhbərlik Aydın Talıbov
veyseloglu.az

Yaranması Pərakəndə, topdan satış distribusiya, logistika, istehsalat sahələrində Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Həmin ilin 5 noyabr tarixində Türkiyədən TIR ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirməklə "Veysəloğlu Distribusiya" şirkətinin əsası qoyulub. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddə məhsulunun ölkə üzrə distribusiyasını həyata keçirir. "Veysəloğlu Distribusiya" qida və qeyri-qida məhsullarının distribusiyası və pərakəndə satışı üzrə aparıcı mövqelərdən birinə malikdir.[2] İnkişafı Veysəloğlu Şirkətlər Qrupu növbəti illərdə daha da genişlənərək fəaliyyət istiqamətini genişləndirməyə başlayıb. 2001-ci ildə isə Veysəloğlu Şirkətlər Qrupu "Ulduz" Şokolad Fabrikinin əsasını qoyub.[3] Qənnadı məhsulları sahəsində "Milli brend" statusunu qazanan bu fabrik əsasən şokolad konfetləri, karamellər, qutu şokoladlar, draje və vafli məhsulları istehsal edir. Hazırda "Ulduz" şokoladları dünyanın 20-dən çox ölkəsinə ixrac olunur. 2010-cu ildə Şirkətlər Qrupunun ölkə xaricində ilk şirkəti – "VG" (l) fəaliyyətə başlayıb. 3500-dən çox satış nöqtəsi olan "VG" şirkəti Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Hindistan və digər müxtəlif ölkələrdən 30-dan çox istehsalçı ilə əməkdaşlıq edir. "VG" şirkətinin Tbilisi, Qori, Kutaisi və Batumi şəhərində 4 ofisi, Tbilisi və Kutaisidə isə 2 anbarı fəaliyyət göstərir. 2011-ci il mayın 7-də Veysəloğlu Şirkətlər Qrupu pərakəndə sektoruna ilk addım ataraq "Araz" markası altında fəaliyyət göstərən "AzRetail"i təsis edib. "Siz harada, "Araz" orada" sloqanı ilə fəaliyyət göstərən "Araz" supermarketlər şəbəkəsi ölkə üzrə 300-dən artıq mağaza ilə müştərilərinə xidmət edir. 2016-cı ildə əhalinin istehlak səbətini eyni büdcə daxilində daha çox məhsul təklif edərək genişləndirmək və yerli istehsalçıların öz məhsullarını şəbəkə marketlərdə satışa çıxara bilmələrinə şərait yaratmaq məqsədilə "Oba" endirimli satış ("discount-convinient") şəbəkəsinin əsası qoyulub. Hazırda ölkənin bütün regionlarına yayılmış 1110-dan artıq mağaza ilə fəaliyyət göstərir. Həmin ildə ölkədə aparılan iqtisadi islahatlar fonunda Veysəloğlu Şirkətlər Qrupu təsis etdiyi "V-Trade" distribusiya vasitəsilə iri həcmdə şəkər, paxlalı məhsullar və digər təməl qida məhsullarının idxalını artıraraq, ölkədə qiymət sabitliyinə dəstək göstərib.

Veysəloğlu Şirkətlər Qrupu növbəti illərdə daha da genişlənərək fəaliyyət istiqamətini genişləndirməyə başlayıb. 2001-ci ildə isə Veysəloğlu Şirkətlər Qrupu "Ulduz" Şokolad Fabrikinin əsasını qoyub. Qənnadı məhsulları sahəsində "Milli brend" statusunu qazanan bu fabrik əsasən şokolad konfetləri, karamellər, qutu şokoladlar, draje və vafli məhsulları istehsal edir. Hazırda "Ulduz" şokoladları dünyanın 20-dən çox ölkəsinə ixrac olunur. 2010-cu ildə Şirkətlər Qrupunun ölkə xaricində ilk şirkəti – "VG" (Veyseloglu Georgia) fəaliyyətə başlayıb. 3500-dən çox satış nöqtəsi olan "VG" şirkəti Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Hindistan və digər müxtəlif ölkələrdən 30-dan çox istehsalçı ilə əməkdaşlıq edir. "VG" şirkətinin Tbilisi, Qori, Kutaisi və Batumi şəhərində 4 ofisi, Tbilisi və Kutaisidə isə 2 anbarı fəaliyyət göstərir. 2011-ci il mayın 7-də Veysəloğlu Şirkətlər Qrupu pərakəndə sektoruna ilk addım ataraq "Araz" markası altında fəaliyyət göstərən "AzRetail"i təsis edib. "Siz harada, "Araz" orada" sloqanı ilə fəaliyyət göstərən "Araz" supermarketlər şəbəkəsi ölkə üzrə 300-dən artıq mağaza ilə müştərilərinə xidmət edir. 2016-cı ildə əhalinin istehlak səbətini eyni büdcə daxilində daha çox məhsul təklif edərək genişləndirmək və yerli istehsalçıların öz məhsullarını şəbəkə marketlərdə satışa çıxara bilmələrinə şərait yaratmaq məqsədilə "Oba" endirimli satış ("discount-convinient") şəbəkəsinin əsası qoyulub. Hazırda ölkənin bütün regionlarına yayılmış 1110-dan artıq mağaza ilə fəaliyyət göstərir. Həmin ildə ölkədə aparılan iqtisadi islahatlar fonunda Veysəloğlu Şirkətlər Qrupu təsis etdiyi "V-Trade" distribusiya vasitəsilə iri həcmdə şəkər, paxlalı məhsullar və digər təməl qida məhsullarının idxalını artıraraq, ölkədə qiymət sabitliyinə dəstək göstərib.

2017-ci ildə isə Cənubi Qafqazda ən böyük distribusiya mərkəzlərindən olan "AVT Logistics"in əsası qoyulub. "AVT Logistics" 48 min kv. metrdən artıq qapalı anbarı, 500-dən artıq yük nəqliyyat vasitəsilə 12 mindən artıq fərqli ticarət nöqtəsinə məhsul çatdırılmasını təmin edir. "Araz" supermarketlər şəbəkəsi, "Oba" marketlər şəbəkəsi və "Veysəloğlu Distribusiya" şirkəti vasitəsilə müştərilərə təqdim olunan məhsulların təzəliyinin qorunması məqsədilə Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildə soyuq logistika mərkəzini yaradıb. Məhəmmədi ərazisində yerləşən anbarda dondurulmuş, təzə ət və süd məhsullarını, həmçinin meyvə və tərəvəzi ən yüksək keyfiyyətlə saxlamaq mümkündür. Soyuq anbarın ümumi sahəsi 11,000 m²-dir. Müasir logistika mərkəzindən həftənin 7 günü boyunca 5000 mağazaya xidmət göstərilir.Sitat səhvi: <ref> teqində yanlış parametr 2016-cı ilin fevral ayından müxtəlif şirniyyat və digər un məmulatlarını "Araz" supermarketlər şəbəkəsində müştərilərə təqdim edən "Xonça" Fabriki qurulub.[4] Hazırda ümumi istehsal sahəsi 6230 kv2 metr olan "Xonça" əsasən şirniyyat, un məmulatları və yeməklərin istehsalı və satışı istiqamətləri üzrə fəaliyyət göstərir. Sadəcə Məmmədli ərazisindəki mətbəx gündəlik 10.000 porsiya yemək hazırlamaq potensialına malikdir. Veysəloğu Şirkətlər Qrupu 2021-ci ildən etibarən pərakəndə şirkətləri üçün meyvə-tərəvəzin birbaşa fermerdən alışını həyata keçirmək və tarladan rəfə məhsul çatdırmaq məqsədilə meyvə-tərəvəzin satın alınması fəaliyyətinə başladı. Bu təşəbbüs sayəsində yerli kənd təsərrüfatı subyektləri öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdimetmə fürsəti əldə ediblər, həm də təbii, keyfiyyətli və münasib qiymətli məhsullar müştərilər üçün daha əlçatan olub. Şirkətlər Qrupu logistik əməliyyatların effektiv təşkili üçün ilkin mərhələdə kartof və soğanın qəbulu və saxlanılması məqsədilə Mingəçevir və Salyanda yerli saxlama məntəqələri yaradıb. 2022-ci ildə isə "Şəmkir Aqroparkı"nda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsi yaradılması ilə həmin regiondakı kəndlinin məhsulunu satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsinə ehtiyacı aradan qaldırılıb. Sitat səhvi: <ref> teqində yanlış parametr 2022-ci ildə Veysəloğlu Şirkətlər Qrupu "Veysəloğlu-Rossmann" şirkətini qurub. Bununla da Azərbaycanda Almaniyanın "Rossmann" şirkətinin sağlamlıq və şəxsi qulluq məhsullarını xüsusi mağazalar vasitəsilə satışını həyata keçirməyə başlayıb.Sitat səhvi: <ref> teqində yanlış parametr

Şirkət hal-hazırda Azərbaycanın ən böyük şirkətlərindən biridir.

Veysəloğlu Şirkətlər Qrupu 2013-cü ildən etibarən "Veysəloğlu Tələbə Təqaüd Proqramı"nı (VTTP) həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir.[6] Həmçinin şirkətlər qrupunda əməkdaşların şəxsi və peşəkar inkişaflarına yönəlik təlimlər, müxtəlif tədris layihələrinin təşkili ilə məşğul olan "Veysəloğlu İnkişaf Mərkəzi" (VİM) fəaliyyət göstərir.

  • Veysəloğlu Şirkətlər Qrupu və SABAH qruplarının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan Universitetlərarası "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilmişdir.[7]
  • Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzi və ATGTİ-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.[8]
  • Veysəloğlu Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) siyasəti çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə reallaşan "Gələcəyini Qur!" Gəncliyə Dəstək Layihəsinə dəstək olmuşdur.[9][10]
  • Ramazan bayramı ilə əlaqədar olaraq Veysəloğlu Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) Proqramı çərçivəsində 400 nəfərdən artıq əhalinin sosial həssas qrupları hesab edilən, qayğıya ehtiyacı olan şəhid ailələri, əlillər, veteranlar, kimsəsiz və aztəminatlı insanları ziyarət edərək bayramlarını təbrik etmişdir.[11]
  • Veysəloğlu Şirkətlər Qrupu 2018-ci ilin mart ayında da mərkəz ofisində qanvermə aksiyası təşkil etmişdi. Həmin xeyriyyə aksiyasında 200-ə yaxın şirkət əməkdaşı qan verərək, talassemiya xəstəliyindən əziyyət çəkənlərə, eyni zamanda bədbəxt hadisə nəticəsində yaralanan insanlara dəstək olmuşdu.[12]
  • Filmdə aprel döyüşlərində şəhid olan və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilən pilotlar — mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbu Bəkir İsmayılovdan bəhs edilir. "Aprel şəkilləri" sənədli filmi bu silsilədən birinci filmdir. Növbəti film aprel döyüşlərində şəhid olan və "İgidliyə görə" medalı ilə təltif edilən polkovnik-leytenant Raquf Orucova həsr ediləcək "Briqada komandiri" sənədli filmi olacaq".[13]
  • Veysəloğlu Şirkətlər Qrupu 2018-ci ilin Novruz bayramı ərəfəsində Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində "Müharibə, Əmək və Silahlı Qüvvələr" İctimai Birliyinin Nizami rayonu, "Əlil və Veteranlar" İctimai Birliyinin Abşeron rayonu, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" Nizami rayonu, Yasamal rayonu bölməsi, "Bakı Müharibə Əlil və Veteranlar" İctimai Birliyinin üzvləri, Məhəmmədi, Mehdiabad, Keşlə qəsəbəsinin sakinləri, Binəqədi, Nəsimi, həmçinin Nizami Rayonu İcra Hakimiyyətinin qeydiyyatında olan bir qrup sosial qayğıya ehtiyacı olan insanlarla görüş keçirib.[14]
  • Novruz bayramı münasibətilə Veysəloğlu Qrupa daxil olan Ulduz şokolad fabriki, Araz supermarketlər şəbəkəsi, Oba marketlər şəbəkəsi adından 400-ə yaxın şəhid, əlil və veteran ailələrinə, aztəminatlı insanlara bayram sovqatı paylanılıb.[14]
  • 2018-ci ilin mart ayının 19-da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşəbbüsü və təşkilatçılığı, APRA (Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası), "Ulduz" şokolad fabriki və PROAKTİV şirkətinin tərəfdaşlığı ilə Füzuli rayonunun təmas xəttində yerləşən Qazaxlar kəndində Novruz bayramı münasibətilə "Kosanın sürprizi" adlı sosial layihə həyata keçirilib.[15]
  • 2021-ci ilin noyabr ayının 5–11-də Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, "YAŞAT" Fondunun tərəfdaşlığı ilə "Qayıdış" adlı Qəhrəmanlara Dəstək sərgisi — sosial layihəsi keçirilmişdir.[16]

Şirkətin Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir filialı vardır.[17]

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]
  • 2007-ci ildən "Veysəloğlu" Şirkətlər Qrupu EBRD ilə əməkdaşlıq edir.[18]
  • 2016-cı ildə korporativ idarəetmədə təkmilləşmə aparılması məqsədilə IFC şirkəti ilə əməkdaşlığa başlanıldı.
  • "Veysəloğlu" Şirkətlər Qrupunda hər il mütəmadi olaraq aparılan maliyyə auditi üçün Grant Thornton şirkəti ilə əməkdaşlıq edilir.[18]
  1. "Şirkətin tarixi". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  2. "Sərmayələr DİSTRİBUSİYA MƏRKƏZİ". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
  3. "Şokolad Fabriki haqqında". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
  4. "2022-ci ildə "Xonça" fabrikinin istehsal və satış dövriyyəsinin 60% artırılması nəzərdə tutulur". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
  5. "Brendlər". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  6. "Həyata keçirilmiş layihələr". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  7. ""Veysəloğlu Qrup" Cümhuriyyətin 100 illiyinə həsr olunan Universitetlərarası "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirdi". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  8. ""Veysəloğlu Qrup"un baş sponsorluğu ilə keçirilən Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  9. "Gələcəyini Qur!". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  10. ""Gələcəyini Qur!" Gəncliyə Dəstək Layihəsi". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  11. "Veysəloğlu Qrupun KSM layihəsi çərçivəsində Ramazan yardımları". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  12. "Veysəloğlu Qrup regionlarda qanvermə aksiyasını davam etdirir". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  13. "Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Veysəloğlu" Şirkətlər Qrupu və Mətbuat Şurasının dəstəyi ilə "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən "Aprel şəkilləri" sənədli filminin təqdimatı keçirilib". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  14. 1 2 "Veysəloğlu Qrup Novruz bayramı ərəfəsində sosial qayğıya ehtiyacı olan insanlarla görüş keçirib". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  15. "Veysəloğlu Qrup Novruz bayramı ərəfəsində sosial qayğıya ehtiyacı olan insanlarla görüş keçirib". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  16. ""Qayıdış" adlı Qəhrəmanlara Dəstək sərgisi keçiriləcək". Azertac (az.). 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2021.
  17. "Filiallar". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  18. 1 2 ""Veysəloğlu" Şirkətlər Qrupu xarici investorlar və maliyyə institutları ilə əməkdaşlığa daima açıqdır". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]