Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır.
Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir.
OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar. Bir çox sistemlərdə (Oracle Express) güclü riyazi aparat təklif olunur ki, o məlum qanunlar əsasında öz alqoritmlərini qurur. Proqnozun dəqiqliyi sistemin yaradıcısı tərəfindən real təyin olunur. Praktikada proqnozlaşma belə aparılır: İstifadəçi hesabatın yerinə yetirilməsinin zaman intervalını göstərir. Məlum zaman intervalına görə analiz olunan göstəricinin qiyməti cədvəl və ya dioqram şəklində işıqlanır. Menyuda göstərilən uyğun funksiyanı yerinə yetirməklə həmin göstəricinin qiyməti gələcək üçün hesablanır.
OLAP-sistemin digər imkanı, arzu olunan nəticəni əldə etmək üçün ilkin şərtlərin təyin edilməsidir. Məsələn, belə bir sorğu verilir: Satış həcminin 15% artırılması üçün reklama çəkilən xərclər nə qədər olmalıdır? Digər ən çox yayılmış analitik sorğu növü "əgər…onda" prinsipi üzrə aparılan analizdir. Bu zaman analitik nəticələrin ölçülərdən asılılıqlarına baxmaq üçün göstəricilərin qiymət və ölçülərinin dəyişmək imkanı əldə edir.
Müasir OLAP-sistemlər çoxistifadəçi rejimi dəstəkləyirlər. Bu sistemlərin işlədiyi vaxt ilkin verilənlər dəyişmirlər. Verilənlərin dəyişdirilməsi istifadəçinin əlavəsində baş verir ki, real halda verilənləri dəyişdirmək üçün, istifadəçi eksklyuziv hüquqa malik olmalıdır. Bu da analitik sistemin arxitekturasından və onun informasiya ilə əlaqəsindən asılıdır.
OLAP məhsullarının klient-server arxitekturası çoxlu sayda istifadəçilərə eyni zamanda analiz aparmaq imkanı verir. Bu zaman informasiyanın bütün aspektləri üzrə analiz bütün istifadəçilər üçün eyni sürətlə aparılmalıdır (analizin cavabı orta qiymətlə 5 saniyə müddətində alınmalıdır). Analiz zamanı VB-nın strukturunun mürəkkəbliyi və ölçüsü nəzərə alınmamalıdır. Verilənlər çoxölçülü kublar şəklində göstərilməklə onların anlamlı modeli əldə edilir. Bu da analitiklərə göstəricilərin müqaisəli analizini, təşkilatın proqnoz və statistik verilənləri üzərində qurulmuş, əgər…onda… prinsipi üzrə müxtəlif ssenarilərin analizini aparmağa imkan verir. VBİS-ni yaratmış Oracle, IBM, Computer Associates, Microsoft və Sybase kimi böyük kompaniyaların hamısı OLAP məhsulları ilə işləyirlər.
OLAP sistemi çoxlu komponentlərdən təşkil olunmuşdur. Sistemin yuxarı səviyyəsində verilənlər mənbəyi, OLAP-server və OLAP-klient dayanır. Verilənlər mənbəyi dedikdə analiz üçün istifadə olunan verilənlərin haradan gətirilməsi başa düşülür. Verilənlər mənbədən OLAP-serverə köçürülür ki, burada onlar sistemləşdirilir və göndərilən sorğuya cavab verən hesabat üçün hazırlanır. Klient, OLAP-serverə müraciət edən istifadəçinin interfeysidir. OLAP sistemlərində mənbə kimi analiz üçün verilənləri təqdim edən server ola bilər. OLAP məhsulun istifadə dairəsindən asılı olaraq mənbə kimi verilənlər xəzinəsi də ola bilər. OLAP məhsulun müxtəlif mənbələrdə yerləşmiş verilənlərlə işləyə bilməsi çox vacibdir. Verilənlərin bir bazada saxlanılması OLAP-ın qıvraqlığını azaldır. Müxtəlif və eyni zamanda bir-neçə mənbədən verilənləri gətirmək imkanına malik OLAP məhsullar administratorların və istifadəçilərin fikrincə daha məhsuldardırlar.
OLAP məhsullarında hansı informasiyanı və nə şəkildə əldə etmək istəyi əvvəlcədən planlaşdırılır. Bu baxımdan verilənlərin əvvəlcədən tədqiq olunması 3 mərhələdən ibarət olur:
OLAP-analiz üçün istifadə olunan verilənlərin saxlanmasından asılı olaraq OLAP məhsulları aşağıdakı növlərə bölünürlər: