OPANAL

OPANAL —(ing. Agency for the prohibition of Nuclear Weapons in the Latin America and Carribbean) Latın Amerikası və Karib regionunda Nüvə silahlarının Qadağan edilməsi üzrə Agentlik Tlatolelko müqaviləsi əsasında 1967-ci il 14 fevralda yaradılmış dövlətlərarası qurumdur. Əsas məqsədi Tlatelelko müqaviləsinin şərtlərinin və dövlətlərinin üzərinə qoyduğu öhdəliklərin yerinə yetirməsinə nəzarət etməkdir. 33 üzvü olan agentliyin strukturu Baş konfrans, Şura və Katiblikdən ibarətdir. Müqavilyə üzv dövlətlərin fəaliyyətində öhdəliklərə zidd hallar müşahidə olunarsa Baş Konfrans müvafiq dövlətə xəbərdarlıq etməli və məsləhətlər verməlidir. Sülh və təhlükəsizliyə səbəb olan fəaliyyət davam edərsə, Baş Konfrans tərəfindən BMT-nin Təhlükəsizlik ŞurasıBaş Assembleyaya,həmçinin Amerika Dövlətləri təşkilatına məlumat verilir[1].

OPANAL
Organismo para la Proscripción de las Armas Nucleares en la América Latina y el Caribe
Yaranma tarixi 14 fevral 1967
Rəsmi dili ispan dili
Mərkəzi
opanal.org
opanal.org/en/home-2/

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Samir Həmidov. Beynəlxalq Təhlükəsizlik. Bakı: Mütərcim. 2017. səh. 581.