Oba (İğdır)


ObaTürkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd.

Oba
Oba
39°57′15″ şm. e. 43°59′42″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 869 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 544 nəf. (2019)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 76000
Nəqliyyat kodu 76
Oba xəritədə
Oba
Oba
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

13 sentyabr 1919-cu ildə ermənilər tərəfindən öldürülən azərbaycan türklərinin toplu halda basdırıldığı çuxurların bir qismi 1986-cı ildə kənddə aparılan qazıntılar zamanı aşkarlanmışdır. Bu quyularda ermeni daşnaq qüvvələrin tərəfindən öldürülən 90 azərbaycan türkünün skeletləri tapılmışdır[1]. Qərb Cəphəsi Komandanı Kazım Qarabəkir Paşanın 1919-cu ili sentyabrında Heyət-i Təmsiliyəyə yolladığı teleqramda bunlar bildirilir:

" “17 sentyabr 1919-ci ildə ermənilər İğdırın altı kilometrliyində Oba kənd əhalisini toplu və buraya bir kilometr uzaqlıqdakı 300 evdən ibarət olan Yaycı kəndinin əhalisi ilə Küllük kəndinin ahalisini isə qısmən fəlakətli şəkildə qətl etmişlər.„[2] "

1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur[3]. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir[4].

Oba kəndi 1928-ci ildən bəri eyni adla kənd statusunu sürdürməkdədir[5]. 12 sentyabr 2001-ci ildə "Oba Kənd Şəhidlik Abidəsi" İğdır valiliyinin vəsaiti hesabına qoyulmuşdur. 13 sentyabr 2005-ci ildə isə abidə valilik tərəfindən yenilənmişdir.

İğdırdan 13 km uzaqlıqdadır[6]. Kəndin qərbində Yaycı; qüzeyində Qasımcan, HakmehmetQuzugüdən; şərqində isə İğdır il mərkəzi və Enginalan kəndləri yer alır.

1886-cı il məlumatına görə kənddə 448 nəfər azərbaycan türkü yaşayırdı[7].

İllərə görə kənd əhalisi
2019 544[8]
2018 522[8]
2017 533[8]
2016 546[8]
2015 499[8]
2014 499[8]
2013 489[8]
2012 521[8]
2011 484[8]
2010 471[8]
2009 464[8]
2008 447[8]
2007 516[8]
2000 642[6]
1990 674[9]
1985 724[10]
1980 690[11]
1975 572[12]
1970 463[13]
1965 422[14]
1960 378[15]
1955 333[16]
1950 358[17]
1945 322[18]
1940 276[19]
1935 345[7]
1886 448[7]
  1. Onk, Nizamettin (2006). Kafkasya'dan Anadolu'ya Iğdır Tarihi, Türk Dünyaları Araştırma Vakfı Yayınları, İstanbul. ISBN 975-498-177-9
  2. Kırzıoğlu, M. Fahrettin (1970). Kars İli ve Çevresinde Ermeni Mezalimi: 1918-1920, Kars Turizm ve Tanıtma Derneği Yayınları, Kardeş Matbaası, Ankara.
  3. Çetinkaya, Nihat (1996). Iğdır Tarihi (Tarih, Yer Adları Ve Bazı Oymaklar Üzerine). İstanbul: Türk Dünyası Araştırmaları Vakfı. s. 116.
  4. Sürmeli, sf. 75
  5. Sevan Nişanyan. "Index-Anatolicus: Türkiye yerleşim birimleri envanteri" (Türkcə). nisanyanmap.com. 4 iyun 2020. 2020-06-04 tarixində arxivləşdirilib.
  6. 1 2 "Oba Köyü" (Türkçe). YerelNet.org.tr. 5 Mart 2016 tarixində orijinalından arxivləşdirilib.
  7. 1 2 3 "ИГДЫРСКИЙ УЧАСТОК (1886 г.)" (Rusça). ethno-kavkaz.narod.ru. 5 Mart 2016 tarixində arxivləşdirilib.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Iğdır Merkez Çalpala Köy Nüfusu". Nufusune.com. Archived from the original on 2021-11-04.
  9. Başbakanlık Devlet İstatistik Enstitüsü. "1990 Genel Nüfus Sayımı İdari Bölünüş" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1991. 19 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).
  10. Başbakanlık Devlet İstatistik Enstitüsü. "1985 Genel Nüfus Sayımı İdari Bölünüş" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1986. 19 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).
  11. Başbakanlık Devlet İstatistik Enstitüsü. "1980 Genel Nüfus Sayımı İdari Bölünüş" (PDF) (Türkçe). kutuphane.tuik.gov.tr. 1981. 19 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).
  12. Başbakanlık Devlet İstatistik Enstitüsü. "1975 Genel Nüfus Sayımı İdari Bölünüş" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1977. 19 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).
  13. Başbakanlık Devlet İstatistik Enstitüsü. "1970 Genel Nüfus Sayımı İdari Bölünüş" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1973. 18 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).
  14. Başbakanlık Devlet İstatistik Enstitüsü. "1965 Genel Nüfus Sayımı İdari Bölünüş" (PDF) (Türkçe). kutuphane.tuik.gov.tr. 1968. 18 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).
  15. Başbakanlık Devlet İstatistik Enstitüsü. "1960 Genel Nüfus Sayımı: İl, İlçe, Bucak ve Köyler itibarıyla nüfus" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1963. 18 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).
  16. Başbakanlık İstatistik Genel Müdürlüğü. "1955 Genel Nüfus Sayımı: Vilâyet, Kaza, Nahiye ve Köyler itibarıyla nüfus" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1961. 6 Mart 2019 tarixində arxivləşdirilib (PDF).
  17. Başvekâlet İstatistik Umum Müdürlüğü. "1950 Umumî Nüfus Sayımı: Vilâyet, Kaza, Nahiye ve Köyler itibarıyla Nüfus" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1954. 18 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).
  18. Başbakanlık İstatistik Genel Müdürlüğü. "1945 Genel Nüfus Sayımı" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1948. 18 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).
  19. Başbakanlık İstatistik Genel Müdürlüğü. "1940 Genel Nüfus Sayımı: Vilâyetler, Kazalar, Nahiyeler ve Köyler İtibarile Nüfus" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1944. 18 Şubat 2020 tarixində arxivləşdirilib (PDF).