Obduksiya

Obduksiya (rus. обдукция, ing. obduction, lat. ob­duc­tio - örtmək) — okean litos­ferinin materik tavaları kənarının ("yeni qlobal tektonika" nəzəriyyəsinə mü­vafiq) üstəgəlməsi.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Obduksiya bir litosfer plitəsinin digərinin üzərinə hərəkətidir. Subduksiya prosesinin əksi. Okean tipli plitənin qitə plitəsi altına gömülməsi (subduksiya) prosesində birincinin bütün kütləsi "udula" bilmədiyi halda, "artıq qalan" hissəsi qonşu plitənin üzərinə aşıb, tökülür. Müasir geodinamik rekonstruksiyaya əsaslanaraq, tədqiqatçılar belə fikrə gəliblər ki, Göyçə-Həkərə melanj zonası obduksiya nəticəsində yaranmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Obduksiya // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]