Observasi burnu (esk. Унпъэныткын) — Çukot muxtar dairəsinin cənubundan, Berinq dənizinə daxil olan Anadır körfəzinin sahilində yerləşən burun. Öz adını XIX əsrin sonlarında Anadır limanınında geodeziya iŞləri aparılarkən burunda quraşdırılan Hidroqrafik işarədən almışdır. Çukotça da adı Унпъэныткын — «Dirək arxasında burun» bununla izah edilir[1]. hündür və sıldırımlı burunun cənub hissəsindəki qayalar qırmızı rəngi ilə seçilir.
Observasi burnu | |
---|---|
Yerləşməsi | |
64°45′44″ şm. e. 177°34′03″ ş. u. | |
Akvatoriya | Berinq dənizi |
Ölkə | Rusiya |
|
Burunda meteoloji stansiya fəaliyyət göstərir. O ilk dəfə 1889-cu ildə istifadəyə verilmişdir[2]. 2002-ci ildə isə burada külək elektrik stansiyası işə salınmışdır.
Burunda Qudım Nüvə bazasının tikintisini təşkil edən və buranın gizli topoqrafiq şəkillərini çəkən hərbi geodeziyaçılarının basdırıldığı yer vardır[3].