Obtusifoliya qızılgülü

Obtusifoliya qızılgülü (lat. Rosa obtusifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Obtusifoliya qızılgülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Britaniyada geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m-dək olan, yaşıl gövdəli, qısa iynəli bitkidir. 5-7 ədəd yumurtavarı xırda yarpaqları hər iki tərəfdən tükcüklüdür. Saplağı sıx tükcüklü vəziciklərlə örtülmüşdür. Ləçəkləri 12-18 sm, ağ və ya açıq çəhrayıdır. Meyvələri 1-2 sm, yumurtavari və ya şarşəkilli, çılpaq, qırmızıdır. İyundan iyuladək çiçəkləyir. Bu növ hermofroditdir (erkək və dişi orqanları vardır) arılarla tozlanır.

Yüngül nəmişli (qumlu) gillicəli, turş, neytral və qələvi, ağır, drenajlı torpaqda yaxşı bitir. Yarım kölgədə və ya kölgəsiz yerdə bitə bilir. Qurunt sularını sevmir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bəzi bölgələrində park və bağlarda mədəni şəraitdə becərilir.

Meyvələri C, toxumları E vitamini ilə zəngindir. Onu xırdalamaq, un ilə qarışdıraraq digər ərzaqlara əlavə etmək olar. Meyvəsi xərçəng xəstəliyinin qarşını alır. Qrup əkinlərində istifadə edilir.

  1. The Plant List (ing.). 2010.