Ocaqtəpə yaşayış yeri

Ocaqtəpə yaşayış yeriBabək rayonunun Xalxal kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində Orta əsrlərə aid yaşayış yeri.[1]

1971-ci ildə qeydə alınmışdır. Uzunsov formalı hündür təpədən ibarətdir. Sahəsi təqribən 20 ha. Yaşayış yerinin üst hissəsində daşdan əmək alətlərinin, şirli və şirsiz qabların fraqmentlərinə rast gəlinmişdir. Arxeoloji tədqiqatlar erkən orta əsr laylarını göstərsə də, əldə olunmuş tapıntılar son dövrlərə aiddir. Mədəni təbəqənin qalınlığı 5 m-dəkdir. Daş bünövrə üzrəində çiy kərpicdən hörülmüş tikili qalıqları, bişmiş kərpic, xeyli şirli və şirsiz gil qab məmulatı (kasa, cam, küpə, çıraq və s.) qalıqları və s. arxeoloji materiallar aşkara çıxarılmışdır. Tapıntılar Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Abidə 3-15 əsrlərə aid edilir.[1] 

  1. 1 2 Ocaqtəpə// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 199. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]