Odadavamlı gillər

Odadavamlı gillər - odadavamlı materiallar (kərpic, tigel, tökmə qumlarının sementikeramika) istehsalında işlənən və odadavamlılığı 1580 °C-də yüksək olan suda islanmayan plastik gillər. Odadavamlı gillər tərkibində kaolinit, montmorillonit, illit, bəzilərində isə diaspor və başqa minerallar üstünlük təşkil edir. Gillərin odadavamlılığı onların tərkibində illit və başqa qarışıqlaylı mineralların miqdarının artması ilə azalır və əksinə, kaolinitin miqdarı artdıqca yüksəlir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.