Montmorillonit — monoiklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Montmorillonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
(Na,Ca)₀.₃₃(Al,Mg)₂(Si₄O₁₀)(OH)₂ * nH₂O |
Strunz təsnifatı | VIII/E.08a[1] |
Xüsusiyyətləri | |
Sıxlıq | 1,8 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Ferri-, alümo-, nikel-, xrommontmorillonitlər və b.
Rəng – ağ, bozumtul-ağ, sarımtıl, alma kimi yaşıl (Ni - montmorillonit), tünd-yaşıl (Cr - montmorillonit), üzvi boyalar – benzidin və xrizoidin udulduqda, uyğun olaraq göy və kərpici - qırmızı rəng alır; Mineralın cizgisinin rəngi – açıq-sarıdan yaşılımtıl-sarıyadək; Parıltı – donuq, tutqundan mum parıltısınadək; Əllə toxunduqda yağlıdır; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – hidratasiya dərəcəsindən asılı olaraq 1,7-2,7; Sərtlik – 1-2; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; Başqa xassələr – yüksək adsorbsiya xassəsi: islatdıqda suyu udması nəticəsində həddən artıq şişir və həcmi 10 dəfəyədək artır; kation mübadiləsinə (Mg, Na, Ca, K) həssasdır; Mineral aqreqatları: gizlikristallik, incədispers, sıx torpaqvari kütlələr, konkresiyalar, oolitlər və s.
Əsası püskürmə süxurların–diabazlar, bazaltlar, qabbroların və b. aşınma məhsulu kimi əsasən ekzogen yolla əmələ gəlir. Çökmə süxurlarda, xüsusilə müxtəlif gillərdə geniş yayılmışdır. Piroklastik əmələgəlmələrin – vulkanik kül və tufların sualtı parçalanması prosesində meydana gələn bentonit gillərinin əsas tərkib hissəsidir. Torpaqlarda da qeyd edilir. Montmorillonit sulfid yataqlarının filizətrafı süxurlarının hidrotermal dəyişilməsi zamanı da meydana gəlir. Mineralın hidrotermal əmələgəlmələrinə termal bulaqların çöküntülərində rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: illit, kaolinit, saponit, beydellit, seolitlər və b. Mineralın tapıldığı yerlər: Montmoriyon (Fransa); Tesliç (Bosniya); Kuzmıç (Slovakiya); Supataş (Özbəkistan); Krımın, Qərbi Gürcüstanın, Şimali Qafqazın (Nalçik yaxınlığında), ABŞ-nin (Alabama, Kaliforniya, Corciya, Florida ştatları), Yaponiyanın və b. bir çox məntəqələri. Azərbaycanda, əsas etibarilə montmorillonitdən və qismən bəzi başqa mineral qarışıqlarından ibarət olan bentonit gilləri (yerli adı – «gilabi») Kiçik Qafqazın Lök-Qarabağ zonasında (Qazax, Yelensutəpə-Zəyəm, Ağcakənd və Xocavənd çökəklikləri), həmçinin Orta Kür çökəkliyində və Böyük Qafqazın Cənub-Şərq batımında geniş yayılmışdır. Bentonitlərin sənaye əhəmiyyətli yığınları əsasən Qazax çökəkliyi hüdudlarında yerləşir. Burada 10-dan çox yataq – Daşsalahlı, Əlibayramlı, Abbasbəyli, Alpout, Qaymaqlı və b. yerləşir. Müşayiət edən mineral kimi montmorillonit həmçinin Çardağlı, Qotul, Çaykənd, Qızılca və b. kaolin və odadavamlı gil yataqlarında tapılmışdır.