Odessa Milli Politexnik Universiteti — Ukraynada universitet; Ukraynanın cənubunda yerləşən ən qədim ali texniki təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi illər ərzində universitet Ukrayna və dünya elminin və texnikanın inkişafına və mütəxəssislərin hazırlığına mühüm töhfə verib.
Odessa Milli Politexnik Universiteti | |
---|---|
Əsası qoyulub | 1918 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 11.792 |
Ölkə | |
Ünvan | Ukrayna, Odessa şəhəri |
Sayt | opu.ua/en |
Vikianbarda əlaqəli mediafayllar |
1918-ci ilin sentyabr ayında yaradılan Odessa Milli Politexnik Universiteti indiyə kimi böyük formalaşma və inkişaf yolu keçib. Belə ki, hazırda ali məktəb Ukraynanın aparıcı elmi-tədris mərkəzlərindən birinə çevrilib.
Universitet kollektivi, ənənələri davam etdirərək, elmi-texniki potensialın artırılması üzərində çalışır, yeni iqtisadi şəraitdə müasir istehsal üçün elmin və texnikanın müxtəlif sahələrində elmi araşdırmalar məqsədilə yüksək ixtisaslı kadrlar hazırlayır.
Bu gün Odessa Milli Politexnik Universiteti Avropa səviyyəli tədqiqat universiteti statusunu almaq üçün çalışır.
Ali məktəbin 8 yaşayış korpusunu əhatə edən tələbə şəhərciyi tələbələrin istifadəsinə verilib. Universitet xarici tələbələri yataqxanada yerlə təmin edir. Mənzillə təminat, qalma müddəti və onun dəyəri universitetlə xarici vətəndaş arasında bağlanmış təhsil haqqında müqavilə ilə təyin edilir.
Abituriyentlərin, tələbələrin tam tibbi müayinəsi və illik profilaktik müayinənin keçirilməsi üçün universitetin müasir avadanlıqla təchiz edilmiş tələbə poliklinikası inşa edilib. Tələbələrə tibbi xidməti ödənişşiz göstərilir.
Tələbə poliklinikası yanında sanatoriya-profilaktor tələbələrin ambulator müalicəsi həyata keçirir. Tələbə poliklinikasının xidmətlərindən əcnəbilər tələbələr Ukrayna vətəndaşları ilə bərabər səviyyədə istifadə edə bilərlər.
Universitetdə tələbələrin fiziki inkişafı üçün hovuzla və müasir idman avadanlıqları ilə təchiz edilmiş idman kompleksi, müxtəlif idman-sağlamlıq seksiyaları fəaliyyət göstərir.
Universitetdə tədris prosesi 10 institut və 2 fakültədə həyata keçirilir: biznes, iqtisadiyyat və informasiya texnologiyaları institutu, distant və qiyabi təhsil institutu, kompüter sistemləri institutu, maşınqayırma institutu, xarici vətəndaşların hazırlığı institutu, sənaye texnologiyaları, dizayn və idarəetmə institutu, radioelektronika və telekommunikasiya institutu, elektrik mexanikliyi və elektrik menecmenti institutu, energetika və kompüter-inteqrasiya edilmiş idarəetmə sistemləri institutu, Ukrayna-alman elmi-tədris institutu, humanitar və kimya-texnologiya fakültələri.
Biznes, iqtisadiyyat və informasiya texnologiyaları institutunun tərkibində idarəetmədə informasiya sistemləri, müəssisələrin iqtisadiyyatı, hesab, analiz və audit, iqtisadi sistemlər və marketinqin nəzəriyyəsi, təşkilatların idarəetməsi, xarici iqtisadi fəaliyyətin idarəetməsi, tətbiqi riyaziyyat kafedraları fəaliyyət göstərir. Distant və qiyabi təhsil institutunda tədris prosesinin keyfiyyətli aparılması üçün bütün lazımi yaradılıb. Tədris prosesində müasir texniki avadanlıqlarla təchiz edilmiş kompüter sinifləri və laboratoriyalar istifadə olunur.
Kompüter sistemləri institutu informasiya və kompüter texnologiyaları sahəsində dünya səviyyəli təhsil mərkəzidir. Universitetin avtomatika və hesablama texnikası fakültəsi əsasında 2000-ci ildə yaradılan institut kompüter texnologiyaları sahəsində hazırlığı həyata keçirir.
Maşınqayırma institutu robot texnikası sistemləri və komplekslərin istismarı, mobil texnika planlaşdırmaları, qaldırıcı nəqliyyat, inşaat, yol, meliorasiya maşınları və avadanlıqlarının tədqiqi və istismarı, emal və neft məhsulları bölgüsü üçün avadanlığın kompüter planlaşdırması, avtomobil daşınmaları, texniki xidmət və avtomobillərin təmirinin təşkili yüksəkixtisaslı mütəxəssislərin və alimlərin hazırlığı üzrə aparıcı tədris və elmi-metodik mərkəzdir.
Odessa Milli Politexnik Universitetinin xarici vətəndaşlarının hazırlığı institutu Ukrayna ali məktəblərinə daxil olmaq və sonrakı təhsil üçün xarici vətəndaşların hazırlığını həyata keçirir.
Radiotexnika və telekommunikasiya institutunda radiotexnika, radioelektron aparatlar, kompüter elmləri və informasiyanın texniki qorunması sstemləri üzrə mütəxəssislər hazırlanır.
Universitetin elektrik mexanikliyi və elektrik menecmenti institutunun yaradılmasında əsas məqsəd elektrotexnika və elektrotexnologiyalar və elektromexanika istiqamətlərinin tədrisindən ibarətdir.
Energetika və kompüter-inteqrasiya edilmiş idarəetmə sistemləri institutu istilik enerjisi proseslərinin avtomatlaşdırılması, istilik elektrik stansiyaları və texnologiyalar, nəzəri, ümumi və qeyri-ənənəvi energetika, tətbiqi ekologiya və hidro və qaz dinamikası, atom elektrik stansiyaları, su və yanacaq texnologiyası, nəzəri və eksperimental nüvə fizikası istiqamətləri tədris olunur.
Ukrayna-alman elmi-tədris institutu Almaniyanın aparıcı universitetlərinin təcrübəsini nəzərə alaraq mütəxəssislərin hazırlığını və yenidən hazırlanmasını həyata keçirir.
Humanitar fakültədə kulturologiya və incəsənət, sənədləşmə və informasiya fəaliyyəti, sosiologiya və psixologiya, fəlsəfə və elmin metodologiyası, Ukraynanın tarixi və etnoqrafiyası, politologiya və hüquq, fiziki tərbiyə və idman kafedraları fəaliyyət göstərir.
Kimya-texnologiya kimya texnologiyası və mühəndislik, əczaçılıq, ekologiya istiqamətləri üzrə kimya texnologiyası sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayır.
Hazırda universitetin kitab fondu 1,35 milyon nüsxədən ibarətdir. Fondun bazasına mühəndislik işi, maşınqayırma, hesablama texnikası, mikroelektronika, elektrotexnika, radiotexnika, metalların emalı, nəqliyyat, istehsalın təşkili, kimyəvi sənaye, metallurgiya, iqtisadiyyat, humanitar və ictimai-siyasi elmlər sahəsində kitablar daxildir. Kitabxana həmçinin bədii ədəbiyyatın zəngin fonduna malikdir.
Elektron kitabxana elmi-texniki topluların tam mətn elektron versiyalarını, dərsliklər, mühazirə konspektləri və müəllimlərin və universitetin elmi işçilərinin metodik vəsaitlərini əhatə edir.
Kitabxanada distant təhsil resurslarına və distant təhsil üçün multimedia dərsliklərinə çıxış təmin olunub.
Universitetin sabit beynəlxalq elmi-texniki əlaqələri xaricdə ali məktəbin nüfuzunu təmin edib. YUNESKO qərargahı və rəhbərliyi, ali təhsil üzrə Avropa mərkəzi, Avropanın rektorları Şurası, beynəlxalq təhsil proqramları baş agentliyi ilə perspektivli işçi əlaqələr qurulub.
Universitetdə 2000-ci ildə YUNESKO kafedrası açılıb. Ali məktəb universitetlərin Avropa Assosiasiyası (EUA), Beynəlxalq Təhsil Avropa Assosiasiyasının (EAIE) həqiqi üzvüdür və Universitetlərin Beynəlxalq Assosiasiyasının (IAU) üzvüdür.
2006-cı ildə Magna Charta Universitatum Observatory kollegiyasının qərarı ilə Böyük Xartiyanı imzalamış Avropa universitetləri sırasına qəbul edilib.
Bu gün universitet 14 ölkənin tədris, elmi və istehsal mərkəzləri, o cümlədən Asiya, Avropa, Kanada və Amerikanın 30 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.
Odessa Milli Politexnik Universitetinin alimləri dünya standartları səviyyəsində elmi araşdırmaları aparırlar. Məşhur yapon firmaları olan "Hitachi", "Panasonic", "Fuji-film" və başqaları sifarişçi qismində çıxış edirlər.
Hazırda universitetin məzunları Ukraynanın bütün regionlarında və 91 xarici dövlətdə çalışırlar.