Odessa körfəzi — Qara dənizin şimal-qərb hissəsində, Odessa vilayətinin ərazisində yerləşən körfəz.
Odessa körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Duzluluğu | 10 ‰, 17 ‰ |
Yerləşməsi | |
46°28′ şm. e. 30°46′ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Körfəz Odessa şəhərinin şimal-şərq və mərkəzi hissələrini və qismən Liman rayonunun ərazisini yuyur. Körfəz şimal-şərqdən cənub-qərbə doğru uzanır. Coğrafi baxımdan körfəz şimaldan Şimali Odessa burnu ilə, cənubda isə Böyük Fontan burnu ilə sərhədlənir. Alternativ coğrafi sərhəd isə Şimali Odessa burnundan cənuba Lanjeron burnuna qədər uzanır. Körfəzin şimal-qərbi hissəsində ayrıca Kuyalniski və Xadjibeyski limanları mövcuddur. Odessa portu bu körfəzdə yerləşir.
Eni təxminən 9 km, dərinliyi şimal-şərq hissəsində 5 metr, cənub-qərb — 14 metrdir. Sahilin giriş hissəsi yüksəkdir, yarğan formalıdır. Sahillər əsasən abraziya-uçqun mənşəlidir. Körfəzin digər hissələri tədricən alçalır. Sahil və körfəzin dibi qumludur. Duzluluq yayada 15,2 ‰ , qışda 15,6 ‰ olur. Körfəz Dnepr, Днестра və Tuna çaylarının təsiri altındadır. Ona görə də duzluq sahildə ayrı-ayrı dövrlərdə 10 ‰ — dən 17 ‰ arasında tərəddüd edə bilər. Küləkli havalarda isə 18 ‰[1] olur. Digər dövrlərdə isə duzluluq 5–7 ‰ olur[2].
Sahilin ilkin təbii konturları yetərincə dəyişilib. Buna səbəb sahil boyu tikilmiş liman, hidrotexniki, sahil qoruyucu tikililər və süni çimərliklər olmuşdur.
Odessa körfəzi digər ətraf dəniz əraziləri kimi kontinental iqlimlə xarakterizə olunur. Suyun temperaturu yayda +19,9, qışda +2,2 dərəcə olur. Şaxtalı aylarda sahil ərazilər donur. Donma dövrü — yanvardan martın ortalarına qədərdir. Buzun maksimal qalınlığı — 68 sm-dir. Donma günlərinin sayı 0–95, sərt qış günləri 66–96, adətən, — 27–58, yumşaq qış günləri isə — 8–51 arasında dəyişir[3].