Odonata

İynəcələr (lat. Odonata) — cücülər sinfinə aid heyvan dəstəsi. İki yarımdəstəsi var: bərabərqanadlı iynəcələr (Zygoptera) və müxtəlifqanadlı iynəcələr (anisoptera)[3].

İynəcələr
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
???:
İynəcələr
Beynəlxalq elmi adı

İynəcə çox qısa müddətdə sürətini saatda 50 km-ə çatdırır. Bir həşəratın bu qədər yüksək sürətlə uçması çox təəccüblüdür. Olimpiadalarda 100 m qaçan idmançıların sürəti saatda 39 km-dir.

Yaxşı uçmağın digər şərti isə iti görmədir. Əgər mükəmməl görmə sistemi olmasa, uçmaq çox təhlükəlidir. Ona görə, müasir təyyarə və helikopterlərin üstün görmə sistemləri var.

İynəcənin də çox üstün görmə sistemi var. Bu həşəratın 30.000 ədəd mikro gözü var. Hər göz ayrı nöqtəni görür. Bu gözlərdən gələn məlumatlar iynəcənin kompüter kimi əməliyyat aparan beyninə ötürülür. Bu sistem sayəsində iynəcə mükəmməl görmə qabiliyyətinə malikdir.

Havalar isindikcə həşəratlar gizləndikləri oymaqlardan, qışladıqları yerlərdən çıxaraq, özlərini günə verir və tədricən fəal həyata qayıdır. Onlar dirçəlib intensiv qidalanır və nəsil verməyə başlayır. Bir sözlə, həşəratların yeni bir aktiv fəaliyyət dövrü başlanır.

İlk yazdan başlayaraq arxların, çayların və göllərin yaxınlıqlarındakı çəmənliklərin və əkinəcəklərin üzərlərilə iri və əlvan rəngli (qırmızı, boz, göy, sarımtıl-boz və sair) həşəratlar uçmağa başlayır. Onların çoxu iki cüt qanadı olan təyyarəni xatırladır.

İynəcələr onurğasız heyvanlardan olub, buğumayaqlılar tipinin həşəratlar sinfinə daxildir. Hazırda dünyada onların 3000, Azərbaycan sularında isə 59 növü tapılmışdır. İynəcələrin həyat tərzi çox maraqlıdır. Onlar 4 inkişaf mərhələsindən keçir: yumurta, sürfə, pup, yetgin və ya imaqo. Birinci üç mərhələ əsasən suda baş verir. Yetgin mərhələlər isə havada fəaliyyət göstərir. Dişi fərdlər suya və ya sudakı bitkilərin, əşyaların su dəyən hissələri üzərinə yumurta qoyur. Yumurtalar selik qaytanında olur. Yumurtalardan çıxan sürfələr 2 ilə qədər suyun dibində yaşayaraq hövzələrin ümumi məhsuldarlığında mühüm rol oynayır. Onlar bentofaq balıqların (çəki, karp, çapaq, lil və başqa) ən sevimli yemidir. Özləri isə müxtəlif həşəratların (ağcaqanad, su böcəkləri) sürfələri ilə qidalanır. Nisbətən iriləri balıq körpələrinə və çömçəquyruqlara da hücum edir.. Bu cür intensiv yırtıcı həyat tərzi keçirən iynəcə sürfələri qısa müddətli pup dövrünə keçir və nəhayət, imaqoya çevrilirlər.

Havada keçən imaqo mərhələsində iynəcələr kənd təsərrüfatı heyvanlarının və insanların sağlamlığı keşiyində durur. Belə ki, iynəcələr heyvanları və insanları narahat edən, onların qanını soran, müxtəlif xəstəliktörədici həşəratların təbii düşmənlərindəndir. Yetgin iynəcələr, əsasən isti vaxtlarda aktiv olur. Onlar, adətən, dəstələrlə, bəzi hallarda isə tək-tək, yer səthinə yaxın məsafələrdə uçur. Yaz və yay aylarında iynəcələr səhərdən ta qaranlıq düşənədək tarlalarda, çəmənliklərdə, meşəliklərdə, bataqlıqlarda, bitkilərlə zəngin su hövzələrində və onların ətrafında yorulmaq bilmədən qanad çalır, qida axtarır və ya öz ovunu təqib edir. Hər bir iynəcə gün ərzində minlərlə ziyanverici həşarat, xüsusilə qansoran ağcaqanadları, hünüləri və başqalarını havada tutub qidalanır. Havada qidalanmaq üçün iynəcələrin yaxşı inkişaf etmiş gözləri, qüvvətli qanadları və güclü çənələri vardır. Gözləri çox iri və hərəkətlidir. Uçarkən iynəcə asanlıqla kiçik həşəratları görür və onları təqib etməyə başlayır. Arabir isə otların və kolların üzərinə qonaraq istirahət edir…

İynəcənin hərəkət qabiliyyəti

İynəcənin manevr qabiliyyəti isə ən təkmil helikopterdən də üstündür. Məsələn, əks istiqamətdən sürətlə gələn yük maşını ilə toqquşmaqdan son anda etdiyi manevr ilə xilas olur. Hətta daha çətin manevrləri belə bacarır.

Tez-tez manevr etməli olan təyyarəçilərin qarşılaşdığı çətinliklərdən biri manevrdən sonra təyyarənin yerə nisbətən vəziyyətinin müəyyən edilməsidir. Əgər təyyarəçi manevrdən sonra hansı tərəfin alt, hansı tərəfin üst olduğunu bir anlıq qarışdırsa, təyyarə düşər. Texniklər bu təhlükəyə qarşı xüsusi cihaz icad ediblər. "Jiroskop" adlanan bu cihaz pilota süni üfüq xətti göstərir. Pilot bu xətlə həqiqi üfüq xəttini müqayisə edir və təyyarənin vəziyyətini dərhal müəyyənləşdirir.

Texniklərin icad etdiyi bu cihazın bənzərindən iynəcə milyon illərdir istifadə edir. İynəcənin gözlərinin qarşısında süni üfüq xətti çəkilmişdir. Bədəni hansı bucaq altında uçsa da, bu sayədə başını daima üfüq xəttinə paralel saxlayır. İynəcənin bədəni uçma zamanı vəziyyətini dəyişdirdikdə başı və bədəni arasındakı tüklərə impuls göndərilir. Bu tüklərin köklərindəki sinir hüceyrələri uçma əzələlərinə iynəcənin havadakı vəziyyəti haqqında məlumat göndərirlər.

Bu sayədə uçma əzələləri də qanad çalma sürətini və sayını avtomatik tənzimləyirlər. Beləliklə, ən çətin manevrlərdə belə iynəcə uçuş istiqamətini və müvazinətini itirmir.

  1. Schorr M., Paulson D. R., Dijkstra K. B., Deliry C., Lozano F. World Odonata List (ing.). University of Alabama, 2013.
  2. ZQ Z., Dijkstra K. B., Bechly G., Bybee S. M., Dow R. A., Dumont H. J., Fleck G., Garrison R. W., Hämäläinen M., Kalkman V. J. et al. The classification and diversity of dragonflies and damselflies (Odonata) (ing.). // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness (Addenda 2013) / Z. Zhang 2013. Vol. 3703, Iss. 1. P. 36–45. doi:10.11646/ZOOTAXA.3703.1.9 PMID:26146682
  3. Bayramov A. B., Məhərrəmov M. M., Məmmədov İ. B. və başqaları. Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri. Naxçıvan: Əcəmi, 2014, 320 s.
  • Adil Əliyev. Şəbnəm Fərzəli. İynəcələr

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]