Okjetpes Futbol Klubu (qaz. Оқжетпес Футбол Клубы) — Kökşetaunu təmsil edən, öz ev oyunlarını Torpedo stadionunda keçirən Qazaxıstan futbol komandasıdır. Klub hal-hazırda Qazaxıstan Milli Futbol Çempionatında mübarizə aparır.
Okjetpes FK | ||
---|---|---|
Klubun tam adı | Football Club Okzhetpes | |
Ölkə | Qazaxıstan | |
Yaranma tarixi | 1957 | |
Stadionu | Torpedo stadionu, Kokşetau | |
Tutumu | 10000 | |
Prezidenti | Saparbek Kakişev | |
Baş məşqçisi | Sergey Popkov | |
Liqa | Qazaxıstan Premyer Liqası | |
2019 | 7. | |
| ||
Rəsmi saytı |
Klub 2008-ci ildə Qazaxıstan Premyer Liqasını 9-cu yerdə bitirmişdir. Bu nəticə klubun son illərdəki ən yaxşı nəticəsi hesab olunur. Baxmayaraq ki, komanda bəzi təkzib lisenziyalara əsasən UEFA Avropa Liqasının ilk mövsümünün ilk təsnifat mərhələsində iştirak etsə də, məğlub olaraq yarışı dayandırmışdır.
Bu klubu Kokşetaunu təmsil edən və dağılan Azhar FK ilə səhv salmaq olmaz.
Klubun adı olan Okjetpes bir uçurumun adından götürülmüşdür və mənası 'oxa çata bilməyəcək' deməkdir. Fan klubunun başçısı Viktor Kruka görə:
"Səkkizinci əsrin qazax hökmdarı Ablay xan qızı əsir götürür. Belə ki, qızı öz gələcək həyat yoldaşları kimi görən döyüşçülər Ablay xandan içazə alaraq onu götürə bilərdi. Qız isə ən yüksək uçuruma dırmaşır və buradan öz oxu ilə gələn döyüşçüləri vurmağa başlayır. Beləliklə, qızın yanına heç bir döyüşçü gəlib çata bilmir."[1]
2 aprel 2016-cı il məlumatlarına əsasən.[2]
|
|