Oksana Lıniv

Oksana Lıniv (ukr. Оксана Линів; 6 yanvar 1978, Brodı[d], Lvov vilayəti) — ukraynalı dirijor. Qraz şəhəri (Avstriya) Opera və Filarmoniya Orkestrinin Birinci qadın baş dirijoru. Dövrümüzün ən yaxşı qadın dirijorlarının ilk üçlüyünə daxil edilmişdir.

Oksana Lıniv
ukr. Оксана Ярославівна Линів
Doğum tarixi 6 yanvar 1978(1978-01-06) (45 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti dirijor
oksanalyniv.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

İki musiqiçinin qızı və musiqi müəllimi, kilsə xorunun direktoru Dmitri Lınivin nəvəsi. Oksananın atası Yaroslav Lıniv (25 yanvar 1952-ci ildə anadan olub) Brodıdakı Boyan xalq xorunun rəhbəri olmuşdur. Oksana Lınivin bir Yuri adlı qardaşı var. Oksana Brodı şəhərindəki musiqi məktəbini bitirib. Sonra Vasili Barvinski Droqobıç Musiqi uçilişində oxuyur, lakin birinci kursdan sonra Lvova köçür və 1996-cı ildə Stanislav Lyudkeviç adına Lvov Musiqi uçilişini bitirir və burada fleyta çalmağı öyrənir. Daha sonra 1996-2003-cü illərdə Nikolay Lısenko adına Lvov Milli Musiqi Akademiyasında Lvov Operasının baş dirijoru Boqdan Daşakın sinfində təhsil alır[1].

Musiqi karyerasının başlanğıcı[redaktə | mənbəni redaktə et]

Artıq akademiyada oxuduğu müddətdə Boqdan Daşak onu özünə köməkçi edir. 2004-cü ildə Bamberq Filarmoniyasında keçirilən ilk Gustav Mahler dirijorluq müsabiqəsində iştirak etmişdir. Bu Oksananın üçüncü yeri aldığı xaricə ilk səfəri idi. Bundan sonra 2005-ci ildə Bamberq Filarmoniyasında dirijor Conatan Knottun köməkçisi olmuşdur.

2005-ci ildə Oksana Lıniv Drezdenə gəlir, burada Karl Mariya fon Veber adına Ali Musiqi Məktəbində aspirantura təhsili alır və 2007-ci ildən Ekkehard Klemmdə ustad dərslərində iştirak edir.

O, Alman Akademik Mübadilə Xidmətinin (DAAD), Höte İnstitutunun, Oskar və Vera Ritter Fondunun əməkdaşıdır. 2007-2009-cu illərdə Almaniya Musiqiçiləri Assosiasiyasının “Forum Dirijorları” tərəfindən dəstəklənib. Həmin vaxtdan o, Hartmut Qenhen, Kurt Masur, Qeorq Friçe və Roland Zayfarth kimi məşhur simaların ustad dərslərində iştirak edib.

Bavariya radiosu üçün o, Bavariya simfonik musiqiçiləri və 2007-ci ildə yerli gənclər orkestri ilə səs yazılarına rəhbərlik etmişdir.

O, Ukrayna, Almaniya, Fransa, Rumıniya, Estoniyaİsveçrədə konsert proqramları ilə çıxış edib.

Musiqi karyerasının davamı[redaktə | mənbəni redaktə et]

2008-2013-cü illərdə Oksana Odessa Milli Akademik Opera və Balet Teatrında dirijor işləyir. Odessa Milli Opera və Balet Teatrında "La Boheme", "Ölkə namusu", "Riqoletto" və "Madama Butterfly", Rucero Leonkavallo "Məzhəkəçilər", Dmitri Bortnyanskinin "Alkides" operalarını, Qustav Malerin musiqisinə baletlərini, İohann Straussun "Vyana meşələrinin sirri" və Lüdviq Minkusun "Don Kixot" kimi əsərlərə quruluş verib.

2013-2014-cü illərdə Oksana Lıniv baş musiqi rejissoru Kirill Petrenkonun musiqi köməkçisi olur və Bavariya Dövlət Operasında dirijor kimi çalışır. Burada "Qraf Oriya", "Titusun mərhəməti" operalarına və “Divar saatı” operanın premyerasına dirijorluq edir.

2015-ci ildə Oksana Lıniv Klassik Musiqi nominasiyasında Bavariya Dövlət Operasının ən yaxşı dirijoru kimi tanınıb.

2017-ci ilin fevral ayında Oksana 2017-2018 mövsümündən Qraz Operası və Qraz Filarmonik Orkestrinin Baş Dirijoru kimi Dirk Kaftanın varisi seçilir.

2017-ci ildə o, Almaniyanın Federal Gənclər Orkestri nümunəsi əsasında Ukrayna Gənclər Simfonik Orkestrini qurur və burada Ukraynanın hər yerindən musiqi istedadı olan uşaq və yeniyetmələr çıxış edir.

20 avqust 2020-ci ildən Frankfurt Operasının qonaq dirijorudur.

Bayreuth Festivalının 2021-ci il planlarında Oksana "Uçan hollandiyalı" operasının dirijoru[2][3], festival tarixində ilk qadın dirijor kimi təqdim olunur.

2022-ci il yanvarın 1-dən Oksana Lıniv İtaliyanın Bolonya Bələdiyyə Teatrı baş dirijoru olmaqla yanaşı, musiqi direktoru olur[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Украинка вошла в историю Байройтского фестиваля в Германии". 2021-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  2. "Дмитрий Черняков дебютирует в Байройте | Colta.ru". www.colta.ru (rus). 2020-09-21. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
  3. Welle (www.dw.com), Deutsche. "Neustart in Bayreuth: erstmalig Frau am Pult". DW.COM (alman). 2020-09-21. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24. (#redundant_parameters)
  4. "Линів стане музичною директоркою театру у Болоньї". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.