Oksimoron

Oksimoron (yun. oxymoron - ağıllı dəli) — bir məfhumun əks cəhətlərini ifadə edən iki antonim sözün mənaca qarşılaşdırılıb birləşdirilməsindən yaranan ifadəyə deyilir. Məsələn: ölü canlar, dilənçi milyoner, göz yaşı içində qəhqəhələr, buz baxışlarda hərarət və s.

Oksimoron iki antonim sözdən əmələ gəlsə də, həmin əksmənalı sözlər yanaşı işlənərək bir ifadə kimi dərk edilir.[1] Bu ifadələr hadisələrin mahiyyətini, əks və mürəkkəb cəhətlərini açmağa imkan verir, bədii dildə təsir qüvvəsini, məna tutumunu artırır, nitqə emosionallıq verir: ölü — diri, diri — ölü kimi kəskin təzad yaradır. Epitetlə oksimoronun uyğunluğu olsa da, fərqli cəhətləri də vardır; epitetdə təyin edən söz məcazi, oksimoronda isə hər iki söz məcazi olur, epitetdə müqayisə, bənzətmə olduğu halda, oksimoronda qarşılaşdırma asas sayılır. Məsələn: ağlar güləyən, gəliş və gediş. Elə oksimorondan bəzən əsər adlarında istifadə olunur. Məsələn, Lev Tolstoyun "Hərb və sülh" əsərinin adı oksimorondur.

  1. Səlim Cəfərov. Müasir Azərbaycan dili. Bakı: Şərq-Qərb. 2007. səh. 39.