Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Oktay Xəlil oğlu Seyidov, Oqtay Xalloğlu[1] (1959, Aslanbəyli, Qazax rayonu – 26 mart 2003) — Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur.
Oktay Seyidov | |
---|---|
Oktay Xəlil oğlu Seyidov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat səbəbi | avtomobil qəzası[d] |
Təhsili | Azərbaycan Dövlət Neft Akademiyası (AZİ) |
Fəaliyyəti | şair |
Rütbəsi | Polkovnik-leytenant |
Oqtay Seyidov 1959-cu ildə Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli Kəndində anadan olmuşdur. 1976-cı ildə Aslanbəyli kənd tam orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Universiteti bitirdikdən sonra hərbçi kimi fəaliyyətə başladı. 1982-ci ildən keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətə başlamışdır. Ailə qurduqdan sonra Gəncə şəhərində yaşamışdır. 26 mart 2003-cü il tarixdə Daşkəsən Rayon Rərbi Komissarı polkovnik-leytenant Oktay Seyidov xidməti vəzifəsini yerinə yetirərkən yol qəzasında vəfat etmişdir.
1 qardaşı və 2 bacısı var. Atasının adı Xəlil olduğundan "Oqtay Xalloğlu" deyirlər. 1 oğlu və 1 qızı var.
Polkovnik-leytenant Oktay Seyidov hərbi komissar kimi daim öz xidməti vəzifəsinə vicdanla yanaşmış, vəzifəsinin peşəsinin məsuliyyətini dərk etmişdir. Bir hərbçi kimi ilk əvvəl fəaliyyət göstərdiyi culfa, babək, rayon hərbi komissarı vəzifələrində daha da püxtələşmişdir. Azərbaycan Silahlı Qüvvələrinin formalaşdığı və eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı Gəncə, Goranboy, Tovuz rayon hərbi komissarı kimi məsul vəzifələrdə çalışmışdır. Ermənilər Goranboya qəflətən hücum edəndə, Oktay Seyidov hərbi komissarlığın işçiləri ilə bərabər, özü irəlidə hücuma keçib, düşməni pərən-pərən saldı və ayağından yaralandı. Sonralar Göygöl və Daşkəsən rayonlarında hərbi komissar işləmişdir.
Oqtay Seyidovun şairlik istedadı vardı və gözəl saz çala bilirdi. Bir çox şerlər yazmışdır. Məşhur "Layla de layla" sözünün və şerinin müəllifidir.