Okunkul

Okunkul (başq. Оҡонкүл) — Rusiyada göl. Cənubi Uralda, Çelyabinsk vilayətinin Kaslinski rayonunda, Sinara gölündən 2 km şimal-şərqdə yerləşir. Sinara çayı hövzəsinə aiddir (İzet çayının qolu).

Asılıkul gölü
başq. Оҡонкүл
Ümumi məlumatlar
Mütləq hündürlüyü 249,4 m
Eni 3,5 km
Uzunluğu 5 km
Sahəsi 11,6 km²
Dərin yeri 8 m
Orta dərinliyi 3,5 m
Tökülən çay Şumixa
Şəffaflığı 3,5 m
Yerləşməsi
54°18′46″ şm. e. 54°34′38″ ş. u.
Ölkə  Rusiya
Asılıkul gölü xəritədə
Asılıkul gölü
Asılıkul gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çelyabinsk bölgəsinin coğrafiyasını tədqiq edən coğrafiyaçı və toponimoloq Nikolay İvanoviç Şuvalov "Parisdən Berlinə Çelyabinsk bölgəsinin xəritəsində: Toponimik lüğət" kitabında gölün adının keçmişdə geniş yayılmış başqırd Okunkul adından gəldiyini bildirir. Gölün adı əvvəllər orada bol olan xanı balıqları ilə əlaqəli olduğu barədə yerli balıqçılar arasında da bir əfsanə yayılmışdır.[1]

Gölün səthi sahəsi 11,6 km², uzunluğu — 5 km, maksimal eni — 3,5 km-dir. Dəniz səviyyəsindən yüksəkliyi 249.4 m-dir. Gölün orta dərinliyi 3,5 m, maksimum dərinliyi isə 8 m-dir. Suyun şəffaflığı 3,5 m-dir. Əsasən yerüstü və yeraltı sularla qidalanır. Dibi lil təbəqəsi, sahil boyu əraziləri isə çınqılı qumlarla örtülüdür. Gölün sahilləri əsasən dikdir, lakin elədə yüksək deyil və bataqlıqlamışdı. Hövzəsi dayazdır. Su bitkilərindən Elodeyalar üstünlük təşkil edir. Göl sahillərində əsasən qarışıq meşələr yayılmışdır. Balıqlardan daban balığı, çəki, xanı balığı, külmə, durna balığı və Leuciscus idus üstünlük təşkil edir.[2] Şumixa çayı gölə tökülür. Mənsəbə yaxın Kiçik Okunkul gölünə axır. Okunkul gölündən Sinara gölünə bir kanal axır. Okunkulun sahilləri az məskunlaşmışdır, şimal-şərq sahilində Tixomirovka kəndi yerləşir.

Arxeoloji tədqiqatlar 1959-cu ildə göldə Neolit yaşayış məskənini aşkar etmişdir. Okunkul ilə eyni tektonik ərazi üzrə yerləşən göllər:İtkull, Çerkaskul, Anjelı, Travyanoye, Tenyak, Karaquz, Sinara Tatış, Karase, Taşkul, Semiskul, Arıtkul, Arakul, Böyük Kaqan, Böyük Alak, Kiçik Alak, Silaç, Sunqul, Böyük Kasli, Alabuqa, İtyaş, Kojakul, Uruskul, Berdeniş, Kızıltaş, Ulaqaç, Alakul, Arqayaş, Mıştı, Kaldı, Çebakul, Karaqaykul, Kainkul, Karakumlyak, Kuqi, Kasarqi, Kara Kumlyak, Turqoyak, Çebarkul, Misyaş, Böyük Aqardyaş, Audukul, Tirikul və s.

  1. Шувалов Н. И. Окункуль // От Парижа до Берлина по карте Челябинской области: Топонимический словарь. — 2-е изд., переработанное и дополненное. — Челябинск: Южно-Уральское книжное издательство, 1989. — 160 с. — ISBN ISBN 5-7688-0157-7
  2. "Окункуль". quist.pro. 2020-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03. // Урал. Иллюстрированная краеведческая энциклопедия.