Olav Byaland (ing. Olav Bjaaland; 5 mart 1873[1][2], Morgedal[d], Telemark[d] – 8 iyun 1961[1][2]) - Norveçli xizək çempionu və qütb araşdırmaçısı idi. O, Amundsenin Cənub qütbünə ekspedisiyasının tərkibində Cənub qütbünə çatan ilk 5 adamdan biri kimi tarixə düşmüşdür.[3]
Olav Byaland | |
---|---|
Doğum tarixi | 5 mart 1873[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyun 1961[1][2] (88 yaşında) |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], xizək yarışçısı[d], ikinövlü xizəksürmə yarışçısı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Olav Olavsen Byaland Norveçin Telemark əyalətində yerləşən Morqedal şəhərindəki Syondre Byaland fermasında dünyaya göz açmışdır. Əsrin sonunda Byaland Hemmesteveit qardaşlarla birlikdə Norveçin ən yaxşı xizəkçiləri arasında idi. 1902-ci ildə o, Skandinaviya ölkələri arasında keçirilən və bu günə qədər Skandinaviya xizəkçiliyində klassik tədbirə çevrilmiş Holmenkollen Xizək Festivalında qalib gəlmişdir. 1909-cu ildə Byaland beş nəfərlə birlikdə Fransaya Avropanın ən yaxşı xizəkçiləriylə yarışmaq üçün dəvət edilmişdi.[4][5]
Bu səyahətində o, təsadüfən Roald Amundsenlə qarşılaşdı. O vaxta qədər xeyli uğur qazanmış Amundsen Byalandı gələcəkdə baş tutacaq Şimal qütb ekspedisiyasına dəvət etdi. Byaland bu təklifdən çox həyəcanlanmış və Şimal qütbünə çatacaqlarına inanmışdı. Ancaq, onlar 7 iyun 1910-cu ildə Norveçin Oslo şəhərini Robert Skottla Antarktik qütbü uğrunda yarışmaq üçün tərk etmişdilər.[6]
Byaland çox bacarıqlı dülgər idi və səyahət zamanı Osloda alınmış prefabrikat xizəklərin (Skott da öz ekspedisiyası üçün eyni xizəklərdən alsa da, onları modifikasiya etməmişdi) çəkilərini onların ümumi gücünü çox da azaltmadan 88 kq-dan 22-kq-a endirə bilmişdi. Balina buxtasından qütbə və geriyə olan əsil xizək səyahətində Byaland itlər arxasından qaçsın deyə öndə gedən olaraq istifadə edilmişdi. O, həmçinin arxasınca gələnlərin onu izləyə bilməsi üçün ərazidə mükəmməl düz xətlər çəkirdi. Qütb yarışındankı uğurlu qayıdışdan sonra Amundsen Byalanddan onunla Şimalşərq keçidini tədqiq etmək üçün gəlməyini istəsə də, Byaland bu təklifi geri çevirdi.[3][7]
Sonrakı illərdə Byaland Telemarka qayıtdı və Amundsendən aldığı borc pulla böyük uğur qazanmış xizək fabrikası qurdu. O, 1961-ci ildə, 88 yaşında öldüyü zaman tarixdə Cənub qütbünü ilk fəth etmiş beş insandan biri, Antarktidada ən çox yaşamış və ekspedisiya liderlərinin şərəfinə onların adı verilmiş olan "Amundsen-Skott" stansiyasının tikintisi daxil olmaqla, Beynəlxalq Coğrafiya İli elmi təşkilatının əldə etdiyi naliyyətlərə şahidlik etmiş tək insan idi.[8]