Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti.[2]
Old Dominion Universiteti ODU | |
---|---|
ing. Old Dominion University | |
36°53′12″ şm. e. 76°18′19″ q. u. | |
Əvvəlki adları |
Norfolk Vilyam və Meri Kolleci (1930) Old Dominion Kolleci (1962) |
Şüar |
lat. Porta ad Mundos Novos[1] azərb. Yeni Dünyaya açılan qapı |
Əsası qoyulub | 1930 |
Tip | Dövlət universiteti |
Rektor | Con Broderik |
Tələbə sayı | 25000 |
Xarici tələbə sayı | 700 |
Bakalavr sayı | 19612 |
Magistrant sayı | 5058 |
Aspirant sayı | 330 |
Müəllim sayı | 1023 |
Şəhər | Norfolk, Virciniya |
Ölkə | |
Ünvan | 5115 Hempton bulvarı, Norfolk, VA 23529 |
Rənglər | |
Sayt | odu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur.[2] 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində[3] 73 bakalavr,[4] 60 magistr[5] və 35 doktorantura[6] proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir.
Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir.[7] Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı",[8] o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı"[9] kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir.
"Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır.[10] Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir.[11] Bundan əlavə, ABŞ-nin Milli Elm Fondu, Old Dominion Universitetini "Yüksək tədqiqat fəaliyyətli" ali təhsil müəssisələri kateqoriyasına daxil etmişdir. 2018-ci ildə araşdırma prosesinə 60 milyon ABŞ dolları xərcləyən universitet, yerləşdiyi Virciniya ştatının iqtisadiyyatına hər il 2 milyard ABŞ dolları həcmində töhfə verir.[12]
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Old Dominion Universitetinin məzunları sırasında ABŞ Hərbi Donanmasının admiralı Uilyam Yozef Fallon, ABŞ Silahlı Qüvvələrinin generalı Benyamin Qriffin, ABŞ Nümayəndələr Palatasının üzvü Telma Dreyk və ABŞ-nin Konnektikut ştatının qubernatoru Codi Rel də vardır.
Vilyam və Meri Kollecinin 1930-cu ildə Norfolk şəhərindəki filialının fəaliyyətə başlaması ilə Old Dominion Universitetinin əsası qoyulmuşdur.[13] Həmin ilin 12 oktyabrında, 125 kişi və 81 qadın tələbədən ibarət ilk tələbə qrupu ilə təhsil prosesi başlamışdır.[14] Növbəti ilin sentyabrında, Virginia Politexnik İnstitutu ali təhsil müəssisəsini himayə edərək, tədris olunan texniki dərslərin sayının genişləndirilməsinə dəstək verdi.[14] Böyük böhran dövründə qurulan ali təhsil müəssisəsi, əsasən ABŞ prezidenti Franklin Ruzveltin federal maliyyə yardımlarını ehtiva edən "Yeni xətt" planından bəhrələnərək elmi mühitini və infrastrukturunu təkmilləşdirdi.
1962-ci ildə Virciniyadakı yerli icra orqanı Vilyam və Meri Kollecinin Norfolk şəhərindəki filialının "Old Dominion Kolleci" olaraq dəyişdirilməsi barədə qərar qəbul etdi. 1969-cu ildə isə qurumun elmi və inzibati strukturu yenidən formalaşdırılaraq bugünkü adı ilə fəaliyyətinə davam etdi.
Ötən əsrin 70-ci illərində universitet NASA və ABŞ Hərbi Donanması ilə müştərək tədqiqatların mərkəzinə çevrildi. Bunun ardınca, sürətlə böyüyən ali təhsil müəssisəsi bu gün 8 kollec və 1 aspirantura məktəbində[3] 73 bakalavr,[4] 60 magistr[5] və 35 doktorantura[6] proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəyə ev sahibliyi edir.
Old Dominion Universitetində tədris prosesi 8 kollec və 1 aspirantura məktəbində 73 bakalavr, 60 magistr və 35 doktorantura proqramı üzrə aparılır.
Ötən illər ərzində Old Dominion Universiteti kampusdaxili infrasturkturun təkmilləşdirilməsi üçün yüz milyonlarla ABŞ dolları həcmində investisiya etmişdir.[15] Demək olar ki, bütün binalar renovasiya edilmiş, o cümlədən çoxsaylı yeni binalar inşa edilmişdir. Bötüvlükdə, 2006-2020-ci illərdə Norfolk kampusunda tələbələr üçün 7 yeni yaşayış binası, 25 min nəfərlik stadion və yeni universitet xəstəxanası istifadəyə verilmişdir.
Old Dominion Universitetinin kiçik mütaliə zalları ilə yanaşı 3 milyondan çox materiala ev sahibliyi edən 3 əsas kitabxanası vardır:[16]
1976-cı ildə qurulmuş Patrisiya və Douqlas Perri kitabxanası həcmcə universitetin ən böyük kitabxanasıdır. 1998-ci ildən yeni strukturla, 1999-cu ildən etibarən isə mövcud adı ilə fəaliyyət göstərən kitabxana Old Dominion Universitetinin tələbələrinin, müəllimlərinin və əyalət ictimaiyyətinin tədqiqat ehtiyaclarını dəstəkləyən çoxsaylı çap, media və elektron material kolleksiyalarının cəmləşdiyi bir mərkəzdir.
2011-ci ildə Patrisiya və Douqlas Perri kitabxanasının 1-ci mərtəbəsi ictimaiyyətə açıq öyrənmə platformasına çevrilmişdir.[16]
Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir. "Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır.[10] Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir.[11] Bundan əlavə, ABŞ-nin Milli Elm Fondu, Old Dominion Universitetini "Yüksək tədqiqat fəaliyyətli" ali təhsil müəssisələri kateqoriyasına daxil etmişdir.