Oleq Ayaz oğlu Nərimanbəyov ― kimya elmləri doktoru (1985), professor (1988), AMEA-nın müxbir üzvü (1989).[1]
Oleq Nərimanbəyov | |
---|---|
Oleq Ayaz oğlu Nərimanbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru (1985) |
Elmi adı | professor (1988) |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Tanınır | alim |
Üzvlüyü | AMEA |
Oleq Nərimanbəyov 22 sentyabr 1938-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. O, universiteti 1960-cı ildə Neft və qazın texnologiyası ixtisası üzrə bitirib.[1]
Oleq Nərimanbəyov 1973-1979-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sumqayıt filialında kafedra müdiri, 1979-1986-cı ildə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda laboratoriya müdiri, 1986-1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışıb.[1]
Oleq Nərimanbəyov 1964-cü ildə kimya üzrə fəlsəfə doktoru, 1985-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1988-ci ildə professor elmi adını alıb. O, 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib. Onun rəhbərliyi ilə 11 fəlsəfə doktoru hazırlanıb. Alim 200-dən çox elmi əsərin müəllifidir.[1]
Oleq Nərimnabəyov yeni elmi istiqaməti - katalizator olmaqla bioüzvi sistemlərin iştirakı ilə yavaş kimyəvi çevrilmələrin getməsini inkişaf etdirib. Onun rəhbərliyi altında Penisillium-rubrum ştammlarının iştirakı ilə neft-kimya sintezi məhsulları əsasında fenisinin biosintezinin texnoloji əsasları işlənilib. Alimin elmi əsərləri kimyəvi kinetika və kataliz sahəsində praktik və nəzəri tədqiqatlara, qeyri-üzvi və bio-üzvi katalizatorların proqnozlaşdırılması və tədqiqatların xüsusiyyətinə, homogen və heterogen katalizatorların iştirakı ilə əsas kataliz reaksiyalarının mexanizmləri və genetik qanunauyğunluqlarının öyrənilməsinə, ferment və poliferment sistemlərin iştirakı ilə funksional üzvi birləşmələrin elmi əsaslarının işlənməsinə həsr olunub.[1]
Oleq Nərimanbəyov Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.[1]
Oleq Nərimanbəyov 2002-ci ildə vəfat edib.[1]