Oleq Saqan-ool (tuvaca:Олег Карламович Саган-оол, d. 1 yanvar 1913 - 7 aprel 1971) — tuvalı şair, nasir, yazıçı və dramaturq.[1][2]
Oleq Saqan-ool | |
---|---|
Олег Карламович Саган-оол | |
Doğum tarixi | |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Kızıl |
Təhsili |
|
Fəaliyyəti | şair, nasir, yazıçı, dramaturq |
Mükafatları |
Tuvanın Daa bölgəsində (indiki Çöön Hemçik) Hemçik Şemi kəndində anadan olmuşdur. 1928-ci ildə monqol dilini öyrədən Ulaştır məktəbini bitirmişdir. 1930-1935-ci illərdə Ulan-Udedə Monqol Fəhlə fakültəsində təhsil almış, İrkutsk Müəllim İnistitutunu, Sİ Kommunist Partiyası Tuva Bölməsinin Ali Partiya Məktəbini bitirmişdir. Qızıl şəhərində müəllimik etmişdir. Tuva radio komitəsini yaratmış, bölgə istehsalı ilə bağlı çalışmışdır. 1946-1947-ci illərdə Tuvanın Yazıçılar Birliyinə üzv olmuşdur.
Yazıçılığa 1937-ci ildə başlamışdır. 1937-ci ilin ilk şer kitabı "Bizim ana yurdumuz" nəşr edilmişdir. Sonra "Nayıral" adlı hekayə, "Bayan-Talanın kijizi" (1963), "Kejiktig sıldıs" (1965) adlı hekayələri, "Bir ködee Sovyette", "Ottuşkun" adlı pyesləri, "Töreen kijiler" (1970) adlı romanı Tuva ədəbiyyatının önəmli əsərlərindəndir. "Sumuden kelgen ool" (1951), "Döspester" (1967), "İyi tooju" (1977) adlı kitabların müəllifidir.[3] 1980-ci ildə "Töreen kijiler" adlı romanını ruscaya tərcümə edib nəşr etdirmişdir. "Ak-kök hemnernin kijileri", "Tıva - üyelernin beldirinde" adlı sənədli filmlərin senarilərini yazanlardan biridir. Puşkinin, Lermantovun, Qorkinin, Şoloxovun, Yerşovun əsərlərini tuvacaya tərcümə etmişdir.
Saqan-oolun ilk əsərləri 1938-ci ildə nəşr edilmişdir. İlk şeir "Vətənimiz". 1941-ci ildə "Görüş" hekayəsi ("Uzhurajyshskyn") nəşr olundu. 1950-1960-cı illərdə "Bayan-Taldan olan adam" ("Bayan-Talanık Kizhi"), "Xoşbəxt Ulduz" ("Keziktig Sildys") qısametrajlı hekayə və esse hekayələrini, "Aspirasiya" ("Chatkul") pyesini yaratdı. , "Bir kənd məclisində" ("Bir ködee sovektte"), "Sənə mahnı oxuyacam" ("Yrlap berain"). 1957-ci ildə Saqan-ool Tuvada 1919-1921-ci illərdə baş verən inqilabi hadisələr haqqında Oyanış (Ottushkun) adlı tarixi dram yaratdı. "Xərcləri" ("Dspester", 1967) və "Doğma insanlar" ("Tören qızları", 1970) romanları Tuvan kəndlilərinin və işçilərinin həyatına həsr edilmişdir. Saqan-ool A. S. Puşkin, M. Yu. Lermontov, M. Qorki, M. A. Şoloxovun bəzi böyük əsərlərini Tuva dilinə tərcümə etmişdir.