Oleq Xabalov — Aktyor; Rusiyanın Əməkdar artisti, Şimali Osetiyanın xalq artisti.
Oleq Xabalov | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Rusiya, Moskva |
Dəfn yeri | |
Fəaliyyəti | Aktyor |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0450965 |
Oleq Timofeyeviç Xabalov 1933-cü il aprelin 21-də anadan olmuşdur.
1958-ci ildə Şimali Osetiyadakı Şukin adına Ali teatr məktəbini bitirmişdir. Bundan sonra isə Rusiya Teatr İncəsənəti İnstitutunu rejissorluq fakultəsindən məzun olmuşdur.
Oleq Xabalov Moskvadakı "Romen" Qaraçı Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. O, rejissor olaraq Jan Lui Ronkoroninin "Kişilər bazar günü", İvan Rom-Lebedevin "Yolda", Nikolay Çerkaşinin "Gitarasız tabor", V. Rayskinin "Ovsunlar" və Roman Sonçevin "Qayıdış" tamaşalarını səhnələşdirmişdir.
Onun quruluş verdiyi "Dövlət evində söhbət" adlı tamaşa isə xüsusi ilə böyük uğur qazanıb. Tamaşada rejissor olmaqla bərabər Oleq Xabalov həm də Stanislav Rodionovun "Kriminal istedad" povestinin motivlərini də yenidən işləyib. Ümumiyətlə, teatr fəaliyyətinin sonrakı dövründə Oleq Xabalov bir çox rollarda "Trianalı Karmen"də Xose Qarsiya, "Qaramı"da Budulay, "Gilasın rəngi"ndə Monti, "Başçı"da Ujvo rolunu ifa edib.
Yaradıcılığını sonucu nümunələri olan "Qaraçı Afrikadada qaraçıdır" (1996) və "Tabor oteli" (2001) tamaşalarında həm aktyor, həm quruluşçu rejissor və həm də dramaturq kimi çalışıb. Onun sonuncu işi "Qaratoxmaqların kralı" adlı tamaşa olub.
2013-cü il mayın 11-də Moskvada vəfat edib.
35 filmdə rol almışdır:
Kino və teatr xidmətlərinə görə, aktyor 1994-cü ildə Rusiyanın Əməkdar artisti, Şimali Osetiyanın xalq artisti fəxri adlarını qazanıb.