Kim olduğumu düşünürsən (fr. Celle que vous croyez) — Safi Nebbunun rejissorluğu ilə 2019-cu ildə istehsal edilmiş Fransa dram filmi. Filmdə əsas rolları Jülyet Binoş, Fransua Sivil və Nikol Qarsiya canlandırırlar.
Kim olduğumu düşünürsən | |
---|---|
fr. Celle que vous croyez | |
| |
Janr | dram |
Rejissor | Safi Nebbu |
Prodüser | Mişel San-Jan |
Əsərin müəllifi | Kamil Lorensin Olmayan biri romanı əsasında |
Ssenari müəllifləri |
Safi Nebbu Jüli Peyr |
Baş rollarda |
Jülyet Binoş Fransua Sivil Nikol Qarsiya |
Operator | Jil Port |
Bəstəkar | İbrahim Maaluf |
İstehsalçı | Diaphana Films |
İlk baxış tarixi | 27 fevral 2019 |
Filmin digər adı | ing. Who You Think I Am |
Müddət | 101 dəqiqə |
Büdcə | $6.2 milyon[1] |
Gəlir | $1.7 milyon[2] |
Ölkələr |
Fransa Belçika |
Dil | fransızca |
İl | 2019 |
Rəng | rəngli |
IMDb | ID7552686 |
Filmin premyeası 10 fevral 2019-cu ildə 69-cu Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur.[3] 3 oktyabr 2019-cu ildən filmin kinoteatrlarda çıxarılacağı gözlənilir.
Bir neçə il əvvəl həyat yoldaşının xəyanəti və boşanmanın ağır psixoloji təsirinə məruz qalan Kler (Jülyet Binoş) tədricən həyatını qaydaya salmağa çalışır. O, universitetdə dərs deyir, iki övladını böyüdür və müntəzəm olaraq gənc sevgilisi ilə vaxt keçirir. Lakin, bir gün gənc oğlan heç bir xəbər vermədən yoxa çıxır. Klerin yenicə stabilləşən dünyası dağılır.
Ümidsizlikdən xilas olmaq üçün Kler Facebookda saxta profil yaradır və özünü 24 yaşlı cazibədar Klara kimi təqdim etməyə başlayır. Tezliklər Klara və gənc fotoqraf Aleks (Fransua Sivil) arasında virtual münasibət başlayır. Sadə oyun kimi başlayan münasibət ciddiləşir və ehtiraslı sevgiyə dönür.
Filmin premyeası 10 fevral 2019-cu ildə 69-cu Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur.[3]