Olqa Bıkovskaya

Olqa Bıkovskaya (d. 11 aprel 1997; Breda, Niderland) — Rusiya əsilli Azərbaycanlı suya tullanan. Olqa Bıkovskaya, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl medal qazanıb.

Olqa Bıkovskaya
Şəxsi məlumatlar
Tam adı Olqa Bıkovskaya
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (26 yaş)
Doğum yeri Breda, Niderland
İdman növü Suya tullanma

Həyatı[redaktə | mənbəni redaktə et]

Olqa Bıkovskaya 11 aprel 1997-ci ildə Niderlandın Breda şəhərində anadan olub. 2006-cı ildən idman ilə məşğul olan Olqa Bıkovskayanın şəxsi məşqçisi, Evgeniya Olşevskayadır.

Karyerası[redaktə | mənbəni redaktə et]

Olqa Bıkovskaya, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 10 metr platforma yarışlarında Olqa Bıkovskaya, 275.85 xal toplayaraq 3 idmançı sırasında 1-ci yeri tutdu və yarışların qızıl medalına layiq görüldü. 3 metr tramplin yarışlarında isə o, 223.10 xal toplayaraq 4 idmançı sırasında yenə 1-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]