Olqa Franko (ukr. Ольга Федорівна Білевич, 24 iyul 1896 və ya 1896, Vırov[d], Lvov vilayəti – 27 mart 1987 və ya 1987, Lvov) — Ukraynalı aşpaz, kulinariya kitablarının müəllifi. SSRİ dövründə Olqa Frankonun yemək kitabları "burjua" ədəbiyyatı kateqoriyasına aid olduğu üçün nəşr olunmurdu[1].
Olqa Franko | |
---|---|
ukr. Ольга Федорівна Франко | |
Doğum tarixi | 24 iyul 1896 və ya 1896 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 mart 1987 və ya 1987 |
Vəfat yeri | |
Fəaliyyəti | aşpaz, yazıçı, cooking researcher[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Olqa Franko 24 iyul 1896-cı ildə anadan olmuşdur. O, iki il Vyanada Ali Kənd Təsərrüfatı Məktəbində kulinariya sahəsi üzrə təhsil almışdır[2].
Olqa Franko 1929-cu ildə Kolomyada nəşr olunan Praktik Mətbəx (ukr. практична кухня) kitabını, qalisian reseptlərinə yönəlmiş bir kitab yazır. Burada təxminən 20% Ukrayna reseptləri öz əksini tapırdı. Bu kitabın Ukrayna mətbəxi haqqında ilk resept kitablarından biri olduğu deyilirdi.[3][4] Kitab 1991-ci ildə Praktiki Mətbəx adı ilə yenidən nəşr olunur[3][5] və 2019-cu ildə Marianna Duşarın ön sözü ilə[6] yenidən çapa verilir. Bu yerli inqrediyentlərdən hazırlanan ənənəvi yeməklərə yönəlmiş reseptlərdən ibarət idi. Olqa Franko 1937-ci ildə mətbəxin qidalanma aspektlərinə diqqət yetirən "Milli mətbəx" adlı ikinci kitabını nəşr etdirmişdir[2].
Olqa öz kitabında evdar qadınları yerli hakimiyyət orqanlarından qida keyfiyyətinin yoxlanılmasını tələb etməyə təşviq etmişdir.
Olqa Franko məşhur Bileviç ailəsindəndir. Birinci həyat yoldaşının (Kamenyar-Moses) ölümündən sonra o, ukraynalı fəal və şair İvan Frankonun gəlini olaraq Petro Franko ilə evlənir[3][5].
Olqa Franko tez-tez qayınanası ilə qarışdırılır, səbəb isə hər ikisinin eyni adı daşımasıdır. Qeyri-rəsmi olaraq, çaşqınlığın qarşısını almaq üçün "kiçik" və "böyük" ifadələrindən istifadə edilir[5].
1987-ci ildə Olqa Franko 91 yaşında vəfat edir. Əri 1941-ci ildə öldürülsədə, Olqa onun taleyindən heç vaxt xəbər tutmamışdır.