Om çayı — Rusiya ərazisində yerləşən, Qərbi Sibirdə yeləşən, Omsk vilayəti və Novosibirsk vilayətindən axaraq İrtış çayına (sağ qolu) tökülür. Omskda çay Nijneomsk, Kalaçinski, Kormilovski və Omsk rayonları ərazisindən keçir.
Om çayı | |
---|---|
| |
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 144 m |
Mənsəbi | Yenisey çayı |
• Yüksəkliyi | 69 m |
Uzunluğu | 1091 km |
Su sərfi | 64 m³/s |
Hövzəsinin sahəsi | 52600 km² |
|
|
DSR[rus.] | 14010200112115300004626 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın başlanğıcı Vasyuqan düzənliyindən götürür. Çayın mənbəyi Omsk gölüdür. Gölün ətrafında dünyanın əb böyük bataqlıqlarından olan Vasyuqan bataqlığı yerləşir. Sonra çay Barabin çökəkliyindən axır. Çayın mənsəbi İrtış çayının mənsəbindən 1831 km yuxarı axarda Omsk şəhəri yaxınlığındadır[1].
Çayın uzunluğu 1091 km, sahəsi isə 52,600 km² təşkil edir. İllik su sərfiyyatı 64 m³/s -dir. Sovet dönəmində Kuybişev və Ust-Tarta arasında gəmilər fəaliyyət göstərirmiş[2].
Əsas qolları: Açarirka, İça, Uqurmanka, Uzakla, Kama,Tarka, Tartas və Tarbuqa.
Çayın sahilində Kalaçisk, Kuybişev və Omsk.
Çayın yatağı bəzi yerdə 200 metrdən 18 km-ə qədərdir. Sahilləri bəzi yerlərdə hətta sıldırımlıdır. Çayın sürəti axarlardan asılı olaraq dəyişir. Əsasən qar suları ilə qidalanır. Gursululuq dövrü maydan iyula qədər bəzənsə avqust ayı belə müşahidə edilir. Buzlanması oktyabrın sonları, noyabrın əvvələrinə təsadüf edir və aprelin sonları və mayın əvvəllərinə təsadüf edir[3]
Çayın dərinliyi yerlərindən asılı olaraq 0,2–3 m arasında dəyişir. Yuxarılarda isə hətta 0,5-5,5 m olur.
«Om» çayı öz adını türk dillindən götürmüşdür. Om sözü tərcümədə Sakit mənasını verir[4]. Rusların sonradan köçürdüyü əhalinin törəmələri hazırda çayı Omka adlandırırlar.
Çay haqqında ilk yazılı məlumatı 1701-ci ildə Semyon Remezovun yazdığı Sibirin sxem kitabı əsərində əksini tapmışdır.
1937-cı ildə çayın İrtış çayına töküldüyü yerdən 10–12 km aralıda Bolşoy Roq şəhərçiyi salınmışdır.