Omantel

Oman Telecommunications Company (ərəb. الشركة العُمانية للإتصالات‎) və ya qısaca «Omantel» (ərəb. عمانتل‎) — Omanın ilk telekommunikasiya şirkəti və əsas internet xidmətləri provayderi.[1] Oman hökuməti şirkətin səhmlərinin 51%-nə sahibdir.[2] 2007-ci ildə Omantel «Zain Group» səhmlərinin 21.9%-ni satın almışdır.

Omantel
Oman Telecommunications Company
Ümumi məlumatlar
Tipi İctimai
Sənaye telekommunikasiya sənayesi[d], mobil telefon sənayesi[d]
Məhsulları Mobil xidmətlər
Hostinqbulud xidmətləri
Təsis tarixi 1980
Baş qərargahın yeri Maskat, Oman
Struktur
İşçi sayı təx. 3.000
Bölmələr Amman Data Park
omantel.om

«Omantel» böyük bir beynəlxalq şəbəkəyə malikdir. Şirkət çoxlu sualtı kabel xəttinin tamamilə və ya qismən sahibidir.

2015-ci ildə şirkət ölkədə FTTx texnologiyasından istifadə etmək layihəsini açıqladı. Həmin il şirkət il keyfiyyət üzrə mükafata layiq görülmüşdür.[3]

  1. "Omantel acquires 65% stake in WorldCall Pakistan". insidetelephony.com (ingilis). Inside Telephony. 19 aprel 2008. 2008-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  2. "Omani government raises $530m from sale of 19% of Omantel". arabianindustry.com (ingilis). Arabian Industry. 2019-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
  3. "Omantel bags MENA Excellence Award in Employee Engagement". timesofoman.com (ingilis). Times of Oman. 26 may 2015. 5 August 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

omantel.om — «Omantel» şirkətinin rəsmi saytı