Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir.
Omar Naber | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Omar Karim Naber |
Doğum tarixi | |
Doğum yeri | Lyublyana, Sloveniya, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Vətəndaşlığı | |
Milliyyəti |
Sloveniya İordaniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1999–h.h. |
Janr | |
Musiqi aləti | gitara |
Albom şirkətləri |
Nika Records Universal Music |
Vikianbarda əlaqəli mediafayllar |
Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
Omar Naber 1999-cu ildə öz musiqi yoldaşlarından ibarət bir rok qrupu yaratmışdır. O həmin qrupla bərabər indiyədək 800-dən artıq konsertlərdə çıxış etmişdir.
2001-ci ildə müğənni Sloveniyanın Kdo bo osvojil Triglav mahnı yarışmasında iştirak etmiş və nəticədə ikinci yeri qazanmışdır. Yarışmadakı iştirakından sonra Omar Sloveniyanın leybl şirkətlərindən biri olan Nika Records ilə uzun müddətli anlaşma imzalamışdır. Şirkət ilə anlaşmadan sonra Omar Sloveniyanın bir çox tanınmış müğənnilərini studio və canlı ifalarda dəstək vokalçı olaraq müşayiət etmişdir.
2004-cü ildə Omar Sloveniyanın Bitka talentov məharət yarışmasında iştirak etmiş və yarışmanın qalibi seçilmişdir. Yarışmdakı iştirakı nəticəsində Sloveniyada şöhrət qazanan müğənni həmin ildə "Vse kar si želiš" adlı ilk sinqlını çıxarmışdır. 2005-ci ildə müğənninin Omar adlandırdığı debüt albomu işıq üzü görmüşdür.
Omar Naber "Stop" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turu olan EMA 2005-də qələbə qazanaraq, ölkəsini Kiyevdə keçirilən Avroviziya 2005-də təmsil etmək hüququ qazanmışdır. Özünün bəstələdiyi mahnı ilə müsabiqənin yarımfinal mərhələsində çıxış edən Omar nəticədə 12-ci yeri tutaraq final mərhələsinə adlaya bilməmişdir.
Avroviziyada iştirakından sonra Omar 2006-cı ildə Sloveniyada konsert turları həyata keçirmişdir. Daha sonra müğənni öz musiqiçi yoldaşları ilə birlikdə ikinci studio albomunun hazırlıqlarına başlamışdır. Omarın Kareem adlandırdığı ikinci albomu 2007-ci ildə işıq üzü görmüşdür.
Musiqiyə verilən fasilədən sonra illər sonra 2014-cü ildə Omar səhnəyə yenidən geri dönmüş və Na glavo adlı üçüncü studio albomunu pərəstişkarlarına təqdim etmişdir. Aylar sonra albomun No Helmet adlı ingilis dilində olan versiyası İngiltərədə satışa çıxarılmışdır.
Sloveniyanın RTV SLO telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi EMA 2017 müsabiqəsində qalib gələn Omar Naber "On My Way" mahnısı ilə Sloveniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır[1]. İkinci dəfə Avroviziya səhnəsində ölkəsini təmsil edən Omarın bu cəhdidə uğurlu alınmamışdır. Belə ki, Omar 9 may tarixində baş tutan yarımfinal mərhələsində iştirak edən 18 ölkə arasında 17-ci yerdə qərarlaşaraq finala adlaya bilməmişdir.
Albom adı | İl |
---|---|
Omar | 2005 |
Kareem | 2007 |
Na Glavo | 2014 |
Mahnı adı | İl |
---|---|
"Vse, kar si želiš" | 2005 |
"Stop" | |
"Omar, ti teslo" | |
"Polje tvojih sanj" | |
"Skrivaj sanjava" | |
"Ves tvoj svet" | |
"Krasen dan" | |
"Poseben dan" | 2007 |
"Vse, kar imam" | |
"Vladarjev um" | |
"Sanjam" | 2008 |
"I Still Carry On" | 2009 |
"Proti soncu" | 2010 |
"Preden greš" | |
"Let me go" | 2011 |
"Bistvo skrito je očem" | |
"Mute & Loud" | 2012 |
"Parfum" | |
"Sedem dni" | |
"Žamet" | 2014 |
"Sladek strup (I Won't Give Up)" | |
"Hej, ti! (Play!)" | 2015 |
"Zgodba brez napake" | 2016 |
"Hallelujah" | |
"Take Me Far" | |
"Poseben dan '16" | |
"Basket Case" | 2017 |
"Aleppo" | |
"Placebo" | |
"Ne zapusti me" | |
"On My Way" |
Əvvəlki: ManuElla "Blue and Red" |
Sloveniya Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Lea Sirk "Hvala, ne!" |