On üç kabus - Stiv Bek tərəfindən rejissorluğu üstlənən 2001-ci il istehsalı olan qorxu filmi. 2001-ci il 26 oktyabrda sinemalarda göstərimə girdi. Film böyük tənqidlərə məruz qaldı və maliyyə cəhətdən böyük xəyal qırıqlığı oldu. Belə ki, 42 milyon dollar büdcəsi olan film cəmi 68 milyon dollar gəlir əldə edə bildi.[6] Film ABŞ gişesində 10 həftə qaldı və sonda ölkədaxili 41.867.960 dollar, ölkəxarici isə 68.467.960 dollar qazandı.[7][8]
Filmdə, demək olar ki, heç bir kabusun həyatından bəhs olunmur. Amma DVD-nin xüsusi bir xüsusiyyəti olan "Kabus faylları"da bunlardan açıqca bəhs olunur.
İlk doğulan oğul:Kovboy kimi davranmağı sevən Bili Maykılz adlı balaca oğlan uşağının kabusu. Bir gün başqa bir oğlan Bilini düelloya dəvət edir. Amma, əlbəttə ki, Bilini oyuncaq tapançası o biri uşağın dəmir uclu əsl oxu qabağında heç nə idi. Bilinin kabusu o oxu hələ də başında gəzdirir. Digərlərinə nəzərən bu, zərərsiz kabusdur, heç kəsə zərər vurmur. Sadəcə "oynamaq istəyirəm" deyir.
Torso: Cimi Qambino 1990-cı illərin əvvəllərində mafiyanın maraqlandığı bir qumarbaz idi. Bir boks mərcini uduzdu. Verəcək pulu olmadığından mafiya onu parçalara ayırdı, selofana bükdü və okeana atdı. Onun kabusu başı qopmuş bədən olaraq görünür. Düşmən olmaqdansa, daha çox tərəfsiz bir kabusdur.
Asılmış qadın: Susan Leqrov qəsəbənin ən zəngin və populyar qızı idi. Tək qüsuru oğlanlarla və kişilərlə oynama şəkli idi. Məzuniyyət bal gecəsində Çet Valters adındakı keçmiş sevgilisi Susanı yeni sevgilisindən qısqanaraq onu öldürür. Kabusu Bobbinin zirzəmisinə çəkilir. Əynində hələ də bal gecəsində geyindiyi paltar var və hələ də əlləri öldürüldüyü gündəki kimi iplərlə bağlıdır.
İtən aşiq: Cin Kritikos sadiq, xoşbəxt həyat yoldaşı və ana idi. Filmin hadisələri başlamazdan yarım il əvvəl xəstəxanada aldığı yanıq yaralarından öldü. Çox kabusun əksinə o, təhlükəsi deyil, xeyirxahdır.
Yaralı prins: Roys Kleyton 1950-ci illərdə diqqət cəlb edən, bacarıqlı, məşhur və gənc beyzbol oyunçusu idi. Kleyton ona tələ quran birinin tormoz xətlərini kəsməsiylə avtoqəzada öldü. Cəsədi hələ də beysbol meydançasında basdırılmış vəziyyətdədir. Kabusu əlində beysbol taxtası daşıyır.
Əsəbi prinses: Dana Nyumen 1990-cı illərin sonlarında yaşayan gözəl, amma istismara uğramış bir qadın idi. Görülən qüsurlarını düzəlmək üçün estetik əməliyyat oldu. Uğursuz əməliyyat nəticəsində gözünü itirdikdən sonra klinikadakı vannada özünü vəhşicə öldürdü. Onun kabusu çox vaxt qan daşıyır, lütdür və intihar etmək üçün işlətdiyi bıçağın eynisini daşıyır.
Hacı qadın: İzabella Simit İngiltərədə yetim qalandan sonra yeni həyat qurmaq üçün yeni müstəmləkə olan Şimali Amerikaya köçür. Oradakı toplum onu heç vaxt qəbul etmədi və onu görəndə özlərini görməməzliyə vurdular. Sonralar məhsullar və heyvanlar qəribə şəkildə öldükdə onu cadugərlikdə təqsirkar bildilər. İzabella bu cür ittihamları rədd etdi. O, yanan bir tövlədə sıxışdı. Ancaq ordan sağ çıxa bildi. Bundan sonra boyunduruğa məhkum edildi və acından öldü. Kabusu hələ də o boyunduruğu daşıyır.
Böyük uşaq: Harold Şelburn uşaq bezini heç vaxt çıxartmayam və hətta yetkin insan olduqda belə qaşıqla bəslənilməli olan zehni əngəlli biri idi. Tez-tez uşaq səsləri çıxarardı. Həyatı boyu ələ salındıqdan və əzab çəkdikdən sonra anası Marqaret ilə birlikdə yaşadıqları sirk şousunda qətliam törətdi. Bəzi sirk qəribələri bir axşam guya zarafat olsun deyə anasını qaçırdıb öldürdülər. Sirk sahibi Cimbo Haroldu tanınmayacaq şəkildə şikəst elədi. Onun kabusu Haroldun həyatda olduğu kimi qusmaqlı önlük və uşaq bezi geyinib. Düşmənlərini öldürmək üçün istifadə etdiyi balta hələ də yanındadır.
Qorxunc ana: Haroldun anası Marqaret Şelburn bir metr boyunda utancaq bir xanım idi. Heç vaxt öz başına ayaqda dura bilmədi. Yaşadığı sirkdə işləyən digər sirk qəribəsi Uzun adam tərəfindən təcavüzə uğradı və həyatından daha çox sevdiyi oğlu Haroldu dünyaya gətirdi. Marqaret Haroldu nəfəsi kəsilənə qədər yedirtdi və böyüdükcə dayanmadı. Haroldun zehni qüsurunun əsas səbəbi budur. İkisi də Marqaret ölənə və Harold, demək olar ki, bütün sirki öldürənə qədər təhqir olundular. Kabus olaraq yenə birlikdədirlər və Harold qoruyucudur. Torso kimi o da aqressif deyil, tərəfsizdir.
Çəkic: Xoşbəxt və dürüst ata və dəmirçi olan Georgİ Markeley Nazan adında yüksək rütbəli biri tərəfindən haqsız yerı oğurluqda itdiham edildi və köhnə Qərb qəsəbəsinə sürgün edilməklə təhdid edildi. Georgi ayrılmağı rədd etdi və bir gün qəsəbə bazarından evə qayıdarkən ailəsi Nazan və quldurları tərəfindən linç edilirdi. Yoldan çıxmış qəsəbədə ədalət axtaran Georgi dəmirçixanadan kəçicini aldı və məsuliyyıət daşıyanları öldürdü. Bundan əsəbləşmiş qəsəbə xalqı onu ağaca zəncirlədi və bədəninə iri dəmir mıxlar vurdu. Son əlini kəsib çəkicini kəsik əlinə kobud formada birləşdirdilər. Onun kabusu daha əsəbi kabuslardan biridir və Dennisin ölümündə qismən təqsirkardır.
Çaqqal: 1887-ci ildə fahişə övladı olaraq dünyaya gələn Rayn Xun gecələr fahişələrə hücum edərək onları zorlayırdı. Buna ürəkbulandırıcı dərəcədə həvəsli idi. Bunu müalicə etmək üçün könüllü olaraq Borhemvus institutuna getdi. Ancaq daha da pis oldu. İllər uzunu hücrə həbsində qaldıqdan və dəli köynəyi geyindikdən sonra başını bir qəfəsin içinə kilitləyərək tamam dəli oldu. Beyin qanaması keçirdi. Xəstəxana alovlar içində qalanda orda qalıb alovlar içində can verməyi seçdi. Kabusu hələ də qıraqlardan açıq baş qəfəsini və yırtıq dəli köynəyini daşıyır. O, cəhənnəm qışının işarəsi adlanır. Kalina onu qurtarmamışdan əvvəl Katiyə hücum edən və öldürmək istəyən bu kabus aqresif və çox təhlükəlidir.
Cəhənnəm kamazı. Horeys Breker Mahoney çox eybəcər şəkildə dünyaya gəldi və həmişə ayrı-seçkiliyə məruz qaldı. Anası onu kiçik yaşda tərk etdi. Atası isə avtomobilləri əzmək üçün oğlunun qeyri-adi gücündə istifadə edərək onu zibilxanada işə düzəltdi. Atası öləndən sonra Horeys ağlıni itirdi. Sürücüləri və avtostopçuları çılpaq əlləri ilə parçalayaraq qalıqlarını itlərə yedizdirərdi. Bu cinayətlərin bir neçəsindən sonra həbs edildi. Polislər onu qandallardan çıxanda güllələdilər. Həm Dennis, həm də Siyrus deyirdilər ki, bu kabusun öldürmə sayısı 40-dan çoxdur və kabuslar arasında ən pis və təhlükəli olanıdır.
Film 2002-ci il 2 apreldə VES (Video Ev Sistemi) və DVD formasında yayımlandı. Film ilk olaraq 2010-cu ildə "Vaksın evi" ilə birlikdə blu-rey formatında göstərimə girdi.[9]
Film haqqındakı rəylər əsasən mənfi idi. İstehsal dizaynı təriflənsə də, film qorxuduculuq səviyyəsinin yetərsizliyi və gözü yoran işıq effektlərinin çoxluğu səbəbindən kəskin tənqidlərə məruz qaldı. Orta hesabla 3,62/10 reytinqi olan 94 rəy əsasında Rotten Tomatos icmalı üzrə 16% təsdiq reytinqinə sahibdir. Veb saytın tənqidi konsensusunda deyilir: "İstehsal dizaynı birinci dərəcəlidir, lakin 13 kabusda açıq şəkildə qorxu yoxdur".
"CinemaScore" tərəfindən təşkil olunan anketdə izləyicilər filmi A+ ilə F şkalası əsasında ortalama olaraq C+ şəklində qiymətləndirdilər.
Ed Qonzales filmə 4 ulduzdan ikisini verərək filmdəki qorxu əskikliyini və təxmin edilən süjet xəttini tənqid etdi. Bununla belə, Qonzales filmin sənət istiqamətini təqdir etdi, eyni zamanda ondan kifayət qədər istifadə edilmədiyini söylədi.[10] Roqer Ebert "istehsal birinci sinif... Fiziki görünüş gözəldir" deyərək istehsal dəyərlərini təriflədi. Ancaq filmin hekayəsini maraqlı personajların əskikliyini, yüksək səsli səsyazma və montaji pislədi.[11] 2005-ci ildə Ebert bu filmi "Ən nifrət edilən" filmlər siyahısına daxil etdi.[12] Nümayişindən və məyusedici kassa performasından sonrakı illər ərzində film daha çox uğur qazanaraq daha çox izləyici kütləvi və müsbət rəylər topladı. Elvis Miçel "The New York Tımes"da film haqqında danışarkən bu sözləri işlətmişdir: "Qorxulardan sonra bizə qalan tək şey sadəcə axmaqlıqdır."[13]