On min Budda monastırı

On min Budda monastırı (ing. Ten Thousands Buddhas Monastery, çin. 萬佛寺) — Honkonqun Sathin rayonunda yerləşən buddist məbədi. Məbəd 220 Pai Tau Village, Sha Tin ünvanında yerləşir. Bura faktiki fəaliyyət göstərən monastır deyil, rahiblər burada daimi yaşamırlar. Məbəd dünyəvi şəxslər tərəfindən idarə edilir.

On min Budda monastırı

Monastıra qalxan yolun hər iki tərəfində düzülən Budda heykəlləri
Ənənəvi çincə: 萬佛寺

Monastırın əsası 1951-ci ildə Yuet Kay (月溪法师, Yue Si) tərəfindən qoyulmuşdur. O yerli monastırda buddizmi təbliğ edirdi və buddist kolleci yaratmağı düşünürdü. Monastırın tikintisi 1949-cu ildə başlandı və yaşına baxmayaraq, Yuet Kay öz tələbələri ilə dağın ətəyindən tikinti materiallarını yuxarı daşıyırdı. Tikinti 8 ildən sonra, 1957-ci ildə tamamlandı və daha 10 il 12800 budda heykəlinin hazırlanmasına sərf edildi.[1]

Hazırda Yuet Kayın mumiyası monastırın əsas zalında sərgilənir və məbədin əsas diqqətəlayiq obyektidir. Monastırın əsas məbədi və paqodası öz tarixi dəyərinə görə Honkonqun III dərəcəli tarixi binaları siyahısına daxil edilmişdir.[2]

Məbədin çölündəki bəzi heykəllərin mənzərəsi.
  1. "Film Service Office:Ten Thousand Buddhas Monastery". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  2. "List of Graded Historic Buildings in Hong Kong (As at 6 Jan 2007)" (PDF). 9 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 27 November 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]