Onsen (yap.温泉), Yapon dilində isti bulaq deməkdir. Ancaq bu terminə ümumiyyətlə isti bulaq və ətrafındakı müəssisələri də aid etmək olar. Onsen Yapon ənənələrinə görə formalaşmış bir növ kurortdur. Vulkanik ölkə olduğundan onsenlər ölkənin bir çox yerində var. Onsenlər qədim vaxtlardan ictimai hamam kimi istifadə olunur. Hal-hazırda isə Yaponiya daxili (yerli) turizminin vacib bir hissəsidir. Buralarda yapon geyşaları çalışır.
Onsenlerin bir çox növü var. Açıq və ya bağlı, bələdiyyə tərəfindən ya da xüsusi olaraq bir hotelin hissəsi və ya pansion olaraq idarə edilən və sair. Sıxlıqla çöl sahələrdə etmələrinə baxmayaraq, böyük şəhərlərdə olanları da vardır. Yapon ailələrin və ya iş qruplarının şəhər həyatından uzaqlaşmaq və istirahət məqsədilə getdiyi yerlərdəndir. Yapon telekanalları tez-tez yerli onsenlər haqqda xüsusi proqramlar yayımlayırlar.
Xəritələrdə onsenlər ♨, 湯 ya da ゆ simvolları ilə göstərilr.