OpenStreetMap (OSM) – azad, hamı tərəfindən redaktə edilə bilən dünya xəritəsi. OSM – in yaranma və inkişafı digər xəritələrin qoyduğu məhdudiyyətlər və hal-hazırda çox da baha olmayan GPS texnologiyasıdır. OSM könüllü yaradılan çoğrafiya informasiya sisteminin ən yaxşı nümunəsidir.
OpenStreetMap | |
---|---|
URL | openstreetmap.org |
Tipi | azad proqram təminatı, iqtisadiyyat sektoru[d] |
Dilləri | çoxdilli[d] |
Serverin yeri | |
Açılma tarixi | 1 iyul 2004 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Steve Coast 2004-cü ildə Böyük Britaniyada Vikipediyanın uğurundan ilhamlanaraq bu layihəni yaratdı.[2] O vaxtdan bəri qeydiyyatdan keçən istifadəçilərin sayı 2 milyonu keçib.[3] Bu sayt OpenStreetMap fondu tərəfindən dəstəklənir. Bu fond İngiltərə və Ueltsdə qeydiyyatdan keçib.
Xəritənin özündən çox, orada yaradılan verilənlər (data) çox böyük əhəmiyyət kəsb edir. Bu verilənlər bir çox layihələr, o cümlədən, Craigslist, OsmAnd, Geocaching, MapQuest Open, JMP statistical software, və Foursquare layihələrində istifadə edərək Google Mapsdan imtina ediblər.[4] Amma verilənlərin keyfiyyəti dünyada müxtəlif yerlərə görə çox fərqlənir.[5][6]