Opera əməliyyatı

Opera əməliyyatı (ivr. מבצע אוֹפֵּרָה‏‎) və ya digər adı ilə Babilon əməliyyatı[1] 7 iyun 1981-ci il tarixində İsrail Hərbi Hava Qüvvələri tərəfindən Bağdad şəhərindən 17 kilometr cənub-şərq istiqamətində yerləşən İraq dövlətinə məxsus Osirak nüvə reaktoruna təşkil olunmuş gözlənilməz hava hücumuna verilən addır.[2][3] Bu əməliyyatdan bir il əvvəl həmin nüvə reaktoruna İran Silahlı Qüvvələri tərəfindən də hücum əməliyyatı təşkil olunmuş, lakin bu, uğurlu şəkildə başa çatdırılmamışdı. Həmin əməliyyat zamanı nüvə reaktoruna dəymiş zərər sonradan fransız mütəxəssislər tərəfindən təmir olunmuşdur.

Opera əməliyyatı
Ərəb-İsrail münaqişəsi
Əməliyyat ərzində İsrail HHQ-nin hərəkət istiqaməti
Tarix 7 iyun 1981-ci il
Yeri İraq Bağdad, İraq
Nəticəsi Osirak nüvə reaktoru məhv edildi
Münaqişə tərəfləri

İsrail İsrail

İraq İraq

Komandan(lar)

İsrail Menaxem Begin

İraq Səddam Hüseyn

Tərəflərin qüvvəsi

6 ədəd F-15
8 ədəd F-16

bilinmir

İtkilər

itkisiz

İraq 10 hərbçi öldü
Fransa 1 mülki vətəndaş öldü

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İraq öz nüvə proqramı üzərində işləməyə 1960-cı illərdən etibarən başlamışdı. Artıq 1970-ci illərin ortalarında xarici dövlətlərdən nüvə reaktorları alaraq bu prosesi sürətləndirmişdir.[4] 1975-ci ilin noyabr ayında Fransa və İraq hökumətləri arasında nüvə əməkdaşlığı barədə saziş imzalanmış və 1976-cı ildə reaktorun İraqa çatdırılması prosesi yekunlaşmışdır. Müqavilənin dəyərinin 300 milyon dollar olduğu bəlli olmuşdur.[5] Bu müqaviləyə həm nüvə reaktorunun çatdırılması, həm də şəxsi heyətin təlimi daxil idi.

İraq hökuməti 1976-cı ildə Fransadan "Osiris" sinfi nüvə reaktoru satın almışdı.[6] Sonradan, İraq və Fransa tərəfləri bu reaktorun fransızlar tərəfindən Osirak adlandırıldığını və yalnız dinc elmi tədqiqat işləri üçün nəzərdə tutulduğunu bildirmişdir. Buna baxmayaraq, İsrail hökuməti bu addımın heç də dinc məqsədlər üçün atılmadığını, hətta İraq tərəfindən nüvə silahı yaratmaq məqsədilə alındığını bəyan etmişdir. 7 iyun 1981-ci ildə İsrail HHQ-nə məxsus F-15F-16 döyüş təyyarələri İraq ərazisinə daxil olmuş və Osirak nüvə reaktorunu bombalamışdır.[7] Əməliyyatdan dərhal sonra İsrail tərəfi bunu özünü müdafiə etmək məqsədilə etdiyini açıqlamışdır. Bu hava əməliyyatı nəticəsində 10 nəfər İraq hərbçisi və 1 nəfər fransız mülki şəxs həlak olmuşdur.[8] Həmin hücum Knessetə seçkilər keçirilməzdən üç həftə əvvəl baş tutmuşdur.

Bu əməliyyat ABŞ da daxil olmaqla dünyanın digər bir çox dövləti tərəfindən pislənmişdir. BMT Təhlükəsizlik ŞurasıBaş Assambleyası İsrailə qarşı iki qətnamə qəbul etmişdir.[9] Osirak nüvə reaktoruna qarşı baş tutmuş bu əməliyyat beynəlxalq hüquqa "önləyici zərbə" anlayışına nümunə kimi daxil olmuşdur.[10] Beynəlxalq ictimaiyyətin bu hücuma heç də yaxşı yanaşmamasına baxmayaraq, Opera əməliyyatı Küveytin azad olunmasında təhlükəsizliyin təmin olunmasına yardım etmiş, regionda olan terrorçu qruplaşmaların nüvə silahını ələ keçirmələrinə mane olmuş və İraq hökuməti üzərində təzyiqin daha da artmasına kömək etmişdir.[11]

  1. Perlmutter, Amos; Handel, Michael I.; Uri, Bar-Joseph. Two Minutes over Baghdad (eng). Routledge. 2008. səh. 120. ISBN 978-0-7146-8347-8.
  2. "1981: Israel bombs Baghdad nuclear reactor". BBC News. British Broadcasting Corporation. 7 iyun 1981. 2008-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2017.
  3. Donald Neff. "Israel Bombs Iraq's Osirak Nuclear Research Facility". Washington Report on Middle East Affairs. Andrew I. Kilgore. 1995: 81–82. 2010-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2017.
  4. Lucien S. Vandenborucke. "The Israeli Strike Against Osiraq: the dynamics of fear and proliferation in the Middle East". Air University Review. 1984. 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
  5. James Martin Center for Nonproliferation Studies. "Iraq Profile: Nuclear Overview". Research Library. Nuclear Threat Initiative (NPT). 2010-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2017.
  6. Cordesman, Anthony H. Iraq and the War of Sanctions: Conventional Threats and Weapons of Mass Destruction. Praeger, 1999. p. 605.
  7. Shirley V. Scott, Anthony Billingsley, Christopher Michaelsen. International Law and the Use of Force: A Documentary and Reference Guide. Praeger, 2009. p. 182.
  8. Polakow-Suransky, Sasha. The Unspoken Alliance: Israel's Secret Relationship with Apartheid South Africa. Pantheon (1 ed.), 2010. p. 145.
  9. Jonathan Steele. ""The Bush doctrine makes nonsense of the UN charter"". 7 iyun 2002. 2020-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2017.
  10. Shue, Henry and Rhodin, David (2007). Preemption: Military Action and Moral Justification. Oxford University Press. p. 215.
  11. Point of Attack: Preventive War, International Law, and Global Welfare

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]