Oqtay Əfəndiyev (riyaziyyatçı)

Oqtay Əfəndiyev (22 yanvar 1939, Bakı şəhəri)– Azərbaycan riyaziyyatçısı.

Əfəndiyev Oqtay
Əfəndiyev Oqtay Hüseyn oğlu
Doğum tarixi (84 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Riyaziyyat

Həyatı[redaktə | mənbəni redaktə et]

Əfəndiyev Oqtay Hüseyn oğlu 1939-cu il yanvar ayının 22-də Azərbaycan SSR Bakı şəhərində anadan olmuşdur. Əfəndiyev Oqtay orta təhsilini 1946-1956-cı illərdə Bakı şəhərinin 189 saylı orta məktəbində aldıqdan sonra, 1956-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur.

Elmi fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

Əfəndiyev Oqtay 1956-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. 1961-ci ildə həmin fakültəni bitirib riyaziyyatçı ixtisasına yiyələndikdən sonra Azərbaycan SSR EA-nın Kibernetika İnstitutuna (Azərbaycan SSR EA-nın Hesablama Mərkəzi) gənc mütəxəssis kimi göndərilmişdir. 1963-cü ilədək həmin İnstitutda əvvəl hesablayıcı-mühəndis, sonra kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1963-1966-cı illərdə Moskva şəhərində SSSR EA-nın İdarəetmə Problemləri İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra Əfəndiyev Oqtay 1966-1967-ci illərdə Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, 1967-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində riyaziyyatçı-proqramçı və eyni zamanda, proqramlaşdırma şöbəsinin müdiri, 1970-1972-ci illərdə Elmi-Texniki İnformasiyalar İnstitutunda sektor rəhbəri, 1972-ci ildə Azərbaycan SSR EA-nın Kimya Texnologiyalarının Nəzəri Problemləri İnstitutunda baş mühəndis, 1972-1975-ci illərdə Sumqayıt şəhərində Ümumittifaq Avtomatlaşdırma və Cihazqayırma İnstitutunun ”Nefteximavtomat” bölməsində elmi-tədqiqat qrup müdiri, 1975-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində laboratoriya müdiri, 1978-2010-cu illər ərzində Azərbaycan Dövlət Universitetinin ”Hesablama Riyaziyyatı” kafedrasında ardıcıl olaraq müəllim, baş müəllim (1983-cü ildən), dosent (1988-ci ildən), 2010-2011-ci iilərdə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunun ”Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər” şöbəsində böyük elmi işçi vəzifələrində çalışmışdır. Əfəndiyev Oqtay, ”Tətbiqi məsələlərin ədədi üsullarla həlli” elmi-tədqiqat işinin üzərində işlədikdən sonra, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəni almışdır. O, 1992-ci ildə ”Hesablama Riyaziyyatı” kafedrası üzrə dosent elmi ada layiq görülmüşdür. Əfəndiyev Oqtay ”Əməliyyatın tədqiqi”, ”Avtomatlaşdırılmış idarəetmə”, ”Proqramlaşdırma”, ”İnformatika”, ”Hesablama üsulları”, ”Diskret riyaziyyat” fənnləri üzrə mühazirə və məşğələ dərsləri aparmış, diplom və kurs işlərinə rəhbərlik etmiş, 40-dan çox elmi məqalənin müəllifi olmuşdur. Gördüyü və rəhbərlik etdiyi elmi-tədqiqat işlərin bir çox hissəsi SSSR müxtəlif idarələrində, müəssisələrində, istehsalatlarında tətbiq edilmişdir. 2009-cu ildə Əfəndiyev Oqtay Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibəti ilə Universitetin və fakültənin ictimai işlərində, gənc nəslin yetişdirilməsindəki xidmətlərinə görə BDU-nun Fəxri fərmanı ilə təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]