Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Oqtay Eldəgəz (doğum adı: Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934, Bakı – 16 may 2002, Bakı) — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri.
Oqtay Eldəgəz | |
---|---|
Oqtay Kərim oğlu Rəfili | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Əmircan |
Həyat yoldaşı | Rəfiqə |
Atası | Kərim |
Anası | Bəyimxanım |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | yazıçı |
Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb.
1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər.
Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi. Sonralar 1956-cı ildən Uzaq Sibirdən, Ufa, Novosibirski, Maqadan, Perm, Orenburq və b. həbs yerlərindən bəraət qazanıb qayıdanlarla söhbətlər aparır, yazılarına məlumatlar toplayırdı.
Oqtay Eldəgəz 2002-ci il may ayının 16-da öz doğma kəndində vəfat etmişdir.
1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. 1962-ci ilin dekabr ayından Milli Azadlıq Qərargahının (MAQ) 25 il sədri olub. MAQ-çılar iş-vəzifə dəyişənləri yapmış, işdar əvəzlənmə icra etmiş, işə bərpa əməliyyatları yerinə yetirmişlər. O bu müddət ərzində Sumqayıtda keçirilən mitinqə rəhbərlik etmişdir. MAQ-çılar Sumqayıt təşkilatlarında, idarə və müəssisələrində, təhsil, səhiyyə qurumlarında kök salmış, daşnak-hayk və rus şovinistlərinin işdən çıxarılmasını təşkil etmiş, onların yerinə azərbaycanlıların təyin edilməsinə nail olmuşlar.
Oqtay Eldəgəz ictimai gerçəkliyin azərtürkləşdirilməsi yolundan sapmayaraq milli oyanış və istiqlal amallarımızda təkrarsız xidmət göstərən, gizli ümumxalq qurumunun, yəni Milli Azadlıq Qərargahının (MAQ) 1962-ci ildə 95 nəfər ziyalının iştirak etdiyi gizli yığıncağında Oqtay Rəfili (Eldəgəz) sədr, görkəmli alimimiz Xudu Məmmədli isə sədr müavini seçilirlər[1][2].
1994-cü ildə “Gənclik” nəşriyyatı onun ilk hekayələrinin nəşr edilməsini plana salır, hətta redaktor rəyi də yazılır. Sovet dövrü yaradıcılığında bir sıra hekayə, povest, novella, oçerkləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Göyərçin”, “Azərbaycan” jurnallarında çap olunub. 1997-ci ildə O.Eldəgəzin məqalələri “Təzadlar”, “Azadlıq”, Şərq”, “525-ci qəzet”, “Nəbz”, “168 saat”, “Ədalət”, “Uluş”, “Müsavat”, “Azadlıq” və s. qəzet və jurnallarda dərc edilmişdir. 414 nəfərlik oxucu arasında keçirilən sorğuda ilin superulduz yazarını müəyyən etmək üçün elan verir. Bu titulu almaq Oqtay Eldəgəzə nəsib olur. Həyatı boyu arxiv və kitabxanalarda işləyən, yorulmaq bilməyən bu ədəbi xadim, bütün qəzetlərdə müxtəlif yazılarla tez-tez çıxış edirdi, yazıları dərc olunurdu. Arxivlər açılır, qaranlıq səhifələr işıqlanır, onun qadağan olunmuş hadisələr haqqında yazıları xüsusi yer tutur.