Milli Azadlıq Qərargahı

Milli Azadlıq Qərargahı və ya qısaca MAQSSRİ-yə qarşı 1962-ci ildə 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılan təşkilat.[1]

Milli Azadlıq Qərargahı
MAQ
Növü Milli
Yaranma tarixi 27 dekabr 1962
Rəsmi dili Azərbaycanca
Mərkəzi Bakı, Azərbaycan SSR
Sədr Oqtay Eldəgəz
Üzvləri Xudu Məmmədov
Sadıq Rəhimov
Yusif Məmmədəliyev
Əlisöhbət Sumbatzadə
Əsədulla Qurbanov

1962-ci ildə yaradılmış MAQ-ın tarixi hələ 1957-ci ilə dayanır.[2] Belə ki, 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu MəmmədovOqtay Eldəgəzin tanışlığı baş tutur. Bu təsadüfi tanışlıq onların əqidə birliyini üzə çıxarır, təhlükəli milli mübarizə yollarının şərti cizgiləri cızılmağa başlayırdı.[2] Beləliklə, 1962-ci ilin Dekbarn 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlmişdir. Belə bir çətin tarixi dövrdə 2–3 nəfər istisna olmaqla, biri-birini tanımayan 100ə yaxın insanın milli mübarizə üçün toplaşması Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə aldığının göstəricisi idi. Nəticədə həmin toplantıda MAQ-ın (Milli Azadlıq Qərargahının) yaradıldığı elan edilmiş, qərargaha sədr Oqtay Eldəgəz, müavin isə görkəmli alim, Akademik Xudu Məmmədov seçilmişdir.[3]

İlk ümumrespublika əhəmiyyətli əməliyyat

[redaktə | mənbəni redaktə et]

1956-cı il, Sentyabr ayının 16-sı İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya xatunla ilk dəfə Moskvaya gəlmiş, birinci, gizli qapılar arxasında Azərbaycan SSR-inin Astara rayonundan tutmuş Yardımlıya kimi 5 minarlıq (kilometrlik) torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə Xruşşovdan razılıq almışdı.[4] Bu zaman Milli Azadlıq Qərargahı hələ təşkilatlanmamışdı, lakin gələcəkdə Milli Azadlıq Qərargahını qurub təşkilatlandıracaq olan milli mübarizə mücahidləri bu hadisədən xəbər tutmuşdular. Akademik Yusif MəmmədəliyevXudu Məmmədov bu xəbəri eşidən kimi torpaqların verilməsinin qarşısını almağa başladılar.[4] Belə bir vaxtda onlara kömək edəcək şəxs milli azadlıq mübarizəsinin əsas simalarından olan, Azərbaycan SSR-in Nazirlər Sovetinin sədri Sadıq Rəhimov idi ki, o da bu tapşırığı yerinə yetirməyi öz öhdəsinə götürdü. Həmin vaxt kömək edə biləcək olan şəxslərdən biri də MK-nin 1-ci katibi İmam Mustafayev idi ki, o da mərkəzdən qorxduğu üçün aramsız təziqlərin nəticəsində geri çəkildi. Lakin Azərbaycan SSR-in şərti yumşaq tərzdə Kreml rəhbərliyinə yetirildi. Nəhayət, Azərbaycan SSR-in istəyi SSRİ-nin rəsmi mövqeyi kimi İran dövlətinə bildirildi ki, Tehranın torpaq arzuları geri götürüldüyü təqdirdə, Sovet İttifaqı İsfahan-Qırxçıraq (Şirvan) qaz boru kəmərinin öz ərazisindəki inşaat xərclərini öz üzərinə götürür və Araz çayı üzərində müştərək su-elektrik qovşağının tikintisinə icazə verir. Bu ilk növbədə Sadıq Rəhimovun və təzəcə sürət almış Milli Azadlıq Qərargahının başlanğıc uğurları idi.[4]

  1. Oqtay Eldəgəz — Tarixçi, müəllim
  2. Xudu Məmmədov — Professor, Geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957)
  3. Sadıq Rəhimov — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirləsr Sovetinin Sədri (1954–1958)
  4. Yusif Məmmədəliyev — Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərb. SSR EA akademiki (1945) və prezidenti (1947–1951 və 1958–1961), SSRİ EA müxbir üzvü (1958). SSRİ Dövlət mükafatı laureatı (1946). SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958–1961) və Azərb. SSR Ali Sovetinin (4-cü çağırış, 1955–1959) deputatı
  5. Əlisöhbət Sumbatzadə- Azərbaycan iqtisadçısı və tarixçisi, AMEA-nın akademiki (1958)
  6. Hüseyn Arif — şair, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), "Azərbaycan Dövlət Mükafatı" laureatı (1978), Azərbaycanın xalq şairi (1989)
  7. Əsədulla Qurbanov — Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası "İdeal Sülhün Təbliği Fondu" – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri
  8. Bəxtiyar Vahabzadə — şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000)
  9. Yusif Vəliyev — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar (1960) və xalq artisti (1979), film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs.
  10. Rüstəm Səfərəliyev — partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı.
  11. Bəxtiyar Məmmədov — Azneft birliyinin baş mühəndisi
  1. Azərbaycan tarixi, XI s. səh. 123.1–4
  2. 1 2 "Ulus" qəzeti, N 26, 7 aprel 1999-cu il.
  3. Azərbaycan tarixi, cild VII, səh. 146.
  4. 1 2 3 Oqtay Elgəgəz, "Poladdan bir yarpaq". Səh. 1–4
  • "Ulus" qəzeti, N 26, 7 aprel 1999-cu il.
  • Azərbaycan tarixi, XI s. səh. 123.
  • Azərbaycan tarixi, cild VII, səh. 146.
  • Oqtay Eldəgəz, "Poladdan bir yarpaq". Səh. 1–4