Oqtay Məmmədov

Oqtay Məmmədov (tam adı:Oqtay İlyas oğlu Məmmədov; 17 iyun 1963, Ermənistan SSR) — Azərbaycanlı general-mayor[1], Kürdəmir rayon Polis şöbəsinin rəisi (2013–2016).

Oqtay Məmmədov
Oqtay İlyas oğlu Məmmədov
Doğum tarixi (61 yaş)
Doğum yeri Ermənistan SSR
Vətəndaşlığı Azərbaycan AzərbaycanSSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası

Oqtay Məmmədov 1963-cü il 17 iyun tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1986–1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, iki övladı, beş nəvəsi var.

1986–2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2006–2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2013–2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur.[2] 2016-cı il 5 iyul tarixindən ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür. Ədliyyə general-mayorudur.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Oqtay İlyas oğlu Məmmədov". 24 Oct 2017 – 23 Sep 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  2. "Oqtay Məmmədov Kürdəmirə yeni polis rəisi təyin edilib". 4 Sep 2015 – 14 Apr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  3. "Prezident ədliyyə işçilərinə xüsusi rütbələr, fəxri adlar, orden və medallar verdi". 24 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.