Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Oqtay Məmmədov (tam adı:Oqtay İlyas oğlu Məmmədov; 17 iyun 1963, Ermənistan SSR) — Azərbaycanlı general-mayor[1], Kürdəmir rayon Polis şöbəsinin rəisi (2013–2016).
Oqtay Məmmədov | |
---|---|
Oqtay İlyas oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Ermənistan SSR |
Vətəndaşlığı | Azərbaycan → SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası |
Oqtay Məmmədov 1963-cü il 17 iyun tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1986–1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, iki övladı, beş nəvəsi var.
1986–2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2006–2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2013–2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur.[2] 2016-cı il 5 iyul tarixindən ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür. Ədliyyə general-mayorudur.[3]