Oqüsten Jerar (fr. Augustin Gérard; 2 noyabr 1857[1], Dünkerk – 2 noyabr 1926) — Fransa baş diviziyasının generalı.
Ogüsten Jerar | |
---|---|
fr. Augustin Gérard | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1857[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 1926 (69 yaşında) |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Fransa |
Rütbəsi | diviziya generalı[d] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk vacib təyinatı Madaqaskarda general Jozef Qallieni baş qərargahının rəhbəri olmaq idi. 1912-ci ilin may ayında 41-ci piyada diviziyasının komandiri oldu və Birinci Dünya müharibəsinin başlamasından sonra II hərbi korpusa rəhbərlik etdi. Bu korpusa rəhbərlik etdiyi müddətdə Arden əməliyyatında və Marna döyüşündə iştirak etdi.
24 iyul 1915-ci ildə daha sonsralar Səkkizinci ordu adlandırılan Lotaringiya ordusunun komandiri oldu. 31 mart və 31 dekabr 1916-cı il tarixləri arasında Birinci ordunun vəzifəsini icra edirdi, sonra isə müharibənin sonuna qədər Səkkizinci orduya rəhbərlik etdi.
21 oktyabr 1919-cu ildə təqaüdə çıxmasına qədər Reynlandın müttəfiq qüvvələr tərəfindən işğalının ilk dövründə Səkkizinci orduya komandirlik etdi. Bu dövrdə separatçı hərəkatını dəstəklədi və müstəqil Pfalç respublikasının meydana gəlməsini müdafiə etdi.[2]
1926-cı ildə vəfat etdi və Parisdə Əlillər Evi məzarlığında dəfn edildi.