Reynlandın işğalı — Almaniya İmperiyasının ordusunun 1918-ci ildə darmadağın edilməsindən sonra 1 dekabr 1918-dən 30 iyun 1930-a qədər baş verən işğal hadisəsi.
Reynlandın işğal edilməsi | |
---|---|
Başlama tarixi | 1 dekabr 1918 |
Bitmə tarixi | 30 iyun 1930 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu, Aaxendə qərargahı olan və Krefelddə qoşunları yerləşən 20000 əsgərdən[2] (beş bölmə) ibarət ordu idi. Orduya Armand Hyuz komandirlik edirdi.[3]
Britaniya ordusu 3 dekabr 1918-ci ildə Almaniyanın ərazisinə girdi.[4] Reyn Britaniya Ordusu 1919-cu ilin martında işğalçı qüvvə olaraq quruldu. Qərargahı Köln şəhərində yerləşirdi və The Cologne Post qəzetini buraxırdı.
Fransanın səkkizinci və onuncu ordusu əslində işğal planına daxil olan fransız qüvvəllərini meydana gətirdi. Səkkizinci ordu general Oqustin Jerarın komandalığı altında idi və Pfalitsi işğal etmişdi. Çarles Manginin komanlığı altında olan onuncu ordunun qərargahı Mayns şəhərində idi və fransanın tabeliyində olan digər ərazilərə nəzarət edirdi.
21 oktyabr 1919-cu ildə onlar Reyn Fransız ordusunu yaratmaq üçün birləşdirilmişdir.
1919-cu ildə Fransa Reynlandda 25000-40000 fransız müstəmləkəçi əsgər yerləşdirdi.[5] Bəzi alman qadınlar işğalçı qüvvələrin afrikalı əsgərləri ilə evləndilər, digərləri isə onlardan nikahdan kənar uşaqlar dünyaya gətirdilər,[6] bu hadisə sağçı almanlar tərəfindən rüsvayçılığın yayılması kimi hesab olunurdu.[7] General Henri Tureman Allen ABŞ Dövlət katibinə işğalın başlamasından 1920-ci ilin iyun ayına qədər rəngli müstəmləkə qüvvələrinə qarşı rəsmi ittihamların 66 olduğunu, bunlardan 28-inin məhkum olduğunu və daha çox bildirilməyən hallar olduğunu etiraf etdi.[8] Bu təsadüfi halların olmasına baxmayaraq “alman mətbuatında işıqlandırılan Fransa ordusunun qaradərili müstəmləkə qüvvələri tərəfindən edilən toqquşmalar, qurbanların cəsədlərinə təcavüz etmə, cəsədləri tanınmaz hala gətirmə halları yalandır və siyasi təbliğat kimi nəzərdə tutulur”.[9]
Fransızlar 1920-ci il aprelin 6-dan mayın 17-nə kimi Frankfurtu işğal etdilər. İkinci gündə Hauptvahtanın kənarda baş verən insident zamanı 9 mülki vətəndaş mərakeşli əsgərlər tərəfindən qətlə yetirildi. Bu hadisə Fransanın müstəmləkə qoşunalrında qaradərililərin istifadəsinə qarşı irqçi kampaniyanın başlamasına gətirib çıxartdı.[10] Bütün bunlar Almaniyanın sağçı mətbuatının "Qara utanc" (Die schwarze Schande və ya Die schwarze Schmach) adlandırdığı və alman xalqının Fransanın alçaldıcı bir forması kimi təsvir etdiyi kampaniyanın yaradılması ilə nəticələndi.[11]
1923-cü ildə Almaniyanın Versal müqaviləsində öhdəliyində olan məbləği ödəməməsinə cavab olaraq, Fransa və Belçika 1925-ci ilə qədər Almaniyanın Rur sənaye sahəsini işğal etdi. Mülki itaətsizlik nümayişləri zamanı bir çox alman vətəndaşı öldürüldü.[12][13]
Amerika Birləşmiş Ştatları ilk növbədə ümumi işğalçı qüvvənin təxminən üçdə bir hissəsini, doqquz veteran bölməsində 240000 nəfər əsgər təmin etmişdir. Qərb Cəbhəsi üzrə Amerika Ekspedisiya Qüvvələrinin komandiri general Con Perşinq general-mayor Yosef T. Dikmanın əmri ilə ABŞ-nin Üçüncü ordusunu yaratdı.[14]
Undoubtedly many cases have occurred where many girls or women have been assaulted by of the French colored Colonial troops...cases which were not included in official figures...natural desire to keep out...
Twenty Germans were said to have been killed and several French soldiers wounded when a mob at Rapoch attempted to prevent the expulsion of one hundred officials. Picture shows French guard being doubled outside the station at Bochum following a collision between German mob and the French
Three Germans killed in Ruhr by French sentries